Avqust 1, 2026

Qazaxıstan universitetinin nümayəndələri AzTU-da olub

2 min read
Qazaxıstan Respublikasının K.İ.Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universitetinin nümayəndələri “Rəqəmsal texnologiya: Qazax dilinin fənlərarası ekspressiv üslubi paradiqmalarının konsolidasiyası və sinergetik modellərə inteqrasiyalı təlim veb-platforması” (İRN AP23489363) elmi layihəsinin icrası çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) olublar.

Qazaxıstan universitetinin nümayəndələri AzTU-da olub

Qonaqlar AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru Fariz Məmmədovla görüşüblər.
Qonaqları salamlayan F. Məmmədov universitetin tarixi, ölkənin ali təhsil sistemində və beynəlxalq reytinqlərdə mövqeyi, tədqiqat istiqamətləri və kadr potensialı barədə məlumat verib.

Görüşdə universitetlərarası əməkdaşlıq, akademik mübadilə və birgə elmi layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Qazaxıstan universitetinin nümayəndələri AzTU-da olub
Qonaqlar həmçinin AzTU-nun Humanitar fənlər kafedrasında olub və kafedra müdiri Həbib Mirzəyevlə keçirilən görüş zamanı əməkdaşlığın əsas istiqamətləri, qazax və Azərbaycan dilinin müxtəlif sahələrinə aid birgə müqayisəli tədqiqatların aparılması, ortaq elmi məqalələrin hazırlanması və rəqəmsal türkologiya məsələləri müzakirə olunub.

Qazaxıstan universitetinin nümayəndələri AzTU-da olub

Daha sonra qonaqlar universitetin kitabxanası, tədris və tədqiqat infrastrukturu, müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyaları və innovasiya mərkəzləri ilə tanış olublar.

MÜŞFİQ BORÇALI,
ZiM.Az

.

Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
.