AzTU universitet-məktəb əməkdaşlığını inkişaf etdirir

1 min read

Azərbaycan Texniki Universiteti (AzTU) ilə orta məktəblər arasında əməkdaşlıq inkişaf etdirilir. 

Əməkdaşlıq çərçivəsində Mehdiabad qəsəbə 5 nömrəli tam orta məktəbin müəllim və şagirdləri AzTU-ya səfər edib. 

Əvvəlcə AzTU-nun tanıtım videoçarxı nümayiş olunub.

Sosial İnkişaf Mərkəzinin əməkdaşı Eyvaz Məhəmmədli universitetdə görülən işlər, həyata keçirilən yeniliklər barədə məlumat verib. Universitetin tarixi, fakültələr, ixtisaslar, beynəlxalq əlaqələr, ikili diplom proqramları, laboratoriyalar, karyera imkanları və digər vacib məlumatlar da məktəblilərin diqqətinə çatdırılıb. Daha sonra qonaqlar AzTU-nun müasir laboratoriyaları və sinif otaqları ilə tanış olublar.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir