AzTU-nun rektoru Vilayət Vəliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbriki

2 min read

Hörmətli müəllimlər, əziz tələbələr!

Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirəm!

Ulu öndər Heydər Əliyev tərəfindən təsis edilən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Azərbaycan xalqının milli-mənəvi bütövlüyünü təcəssüm etdirir. Bu hərəkat Azərbaycanın dünyada layiqli yer tutmasına geniş imkanlar yaratdı. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü həm də dünyanın dörd bir tərəfində yaşayan soydaşlarımızın Vətənə bağlılığını, sevgisini daha da gücləndirdi. 44 günlük Vətən müharibəsi zamanı dünyanın hər yerində yaşayan 50 milyondan çox azərbaycanlının göstərdiyi həmrəyliyi qürur hissi ilə xatırlayırıq. Məhz bu həmrəylik nəticəsində Azərbaycan həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırılır.

Qalib ölkəmizdə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə yeni islahatlar həyata keçirilir, layihələr icra olunur. Qarabağımızda genişmiqyaslı yenidənqurma işləri sürətlə davam etdirilir. Azərbaycanın inkişafı istiqamətində aparılan islahatlarda hər birimiz öz dəstəyimizi nümayiş etdirməliyik.

Bir daha hər birinizi səmimi-qəlbdən təbrik edirəm! Yeni ildə yeni uğurlar arzulayıram!

ZiM.Az

 

.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *