AzTU-nun kafedra müdiri, professor Nizami Yusubov DAAD-nin qrantını qazanıb
1 min read
TƏBRİK EDİRİK!..
Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma texnologiyası kafedrasının müdiri, Əməkdar mühəndis, texnika elmləri doktoru, professor Nizami Yusubov növbəti beynəlxalq uğura imza atıb.
O, Alman Akademik Mübadilə Xidmətinin (DAAD) yüksək rəqabət şəraitində keçirilən “Yenidən Dəvət Proqramı 2026” qrant müsabiqəsinin qalibi elan olunub.
Qrant layihəsi çərçivəsində professor Nizami Yusubovun Almaniyanın Brandenburq Texniki Universitetinin (BTU Cottbus-Senftenberg) Metalkəsən dəzgahlar kafedrasında 3 aylıq elmi-tədqiqat fəaliyyəti nəzərdə tutulur.
Səfər çərçivəsində əldə olunacaq elmi nəticələr AzTU-nun tədqiqat fəaliyyətinə, tədrisin müasirləşdirilməsinə və beynəlmiləlləşmə fəaliyyətinə töhfə verəcək.
Fürsətdən istifadə edərək, biz də, Redaksiya Heyətimiz adından – Azərbaycan Texniki Universitetinin (AzTU) Maşınqayırma texnologiyası kafedrasının müdiri, Əməkdar mühəndis, texnika elmləri doktoru, professor Nizami Yusubovu yeni uğuru münasibətilə ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI,
ZiM.Az
