Bolnisidə Novruz bayramı qeyd olunub
3 min read
ZiM.Az-ın Gürcüstandakı xüsusi müxbiri bildirir ki, tədbiri giriş sözü ilə açıq elan edən mərkəzin icraçı direktoru Rezo Həsənov iştirakçıları salamlayaraq onları Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edib. O, çıxışında bu qədim bayramın xalqımız üçün daşıdığı mənəvi dəyərdən, birlik və həmrəylik ruhunu gücləndirməsindən bəhs edib.
Eyni zamanda, Dəllər ictimai məktəbinin əməkdaşı Natavan Mehdiyeva Novruz bayramının tarixi, qədim kökləri və zəngin ənənələri haqqında ətraflı məlumat verib, bayramın əsrlər boyu yaşadılmasının əhəmiyyətini qeyd edib.
Tədbirdə, Bolnisi Mərkəzi Muzeyinin əməkdaşı Temo Urumaşvili də çıxış edərək iştirakçıları salamlayıb, Novruz bayramı münasibətilə xoş arzularını çatdırıb və bu cür tədbirlərin mədəni əlaqələrin inkişafında rolunu xüsusi vurğulayıb.
![]()
Bədii hissədə Bolnisi rayonunun Həsənxocalı ictimai məktəbinin şagirdlərinin hazırladıqları milli rəqslər təqdim olunub. Onların çıxışları iştirakçılar tərəfindən böyük maraq və alqışla qarşılanıb, bayram əhval-ruhiyyəsi daha da yüksəlib.
![]()
Tədbirin musiqili hissəsində isə Aşıq Samir Qoçulu və Aşıq Vəli Cəfərli saz ifaları ilə çıxış edərək tədbirə xüsusi rəng qatıb, öz ustalıqlı ifaları ilə iştirakçılara unudulmaz anlar yaşadıblar.
Bayram mehriban, səmimi mühitdə yekunlaşıb.
Sonda tədbir iştirakçıları xatirə üçün foto-şəkillərçəkdiriblər.
REDAKSİYADAN:
Biz də Redaksiya Heyətimiz adından,
dəyərli ziyalımız Rezo Həsənov başda olmaqla, onun rəhbərlik etdiyi “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”nin bütün müəllim və şagird kollektivini, eləcə də, Gürcüstanda yaşayan bütün soydaşlarımızı bir daha Ramazan və Novruz Bayramları münasibətilə ürəkdən təbrik edir, onlara uzun ömür, möhkəm cansağlığı, bol ruzu və yeni-yeni uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI,
ZiM.Az
.
