İyul 12, 2025

Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilib

7 min read

2025-ci il iyunun 30-da tanınmış ədəbiyyatşünas alim, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin baş elmi işçisi, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, AMEA-nın professoru, filologiya elmləri doktoru Salidə Şərifovanın “LEYLA ƏLİYEVANIN POETİK DÜNYASI” adlı kitabının təqdimat mərasimi keçirilib.

Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilib
Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda baş tutan tədbirdə AMEA-nın rəhbərliyi, AYB-nin əməkdaşları, elm, mədəniyyət və incəsənət xadimləri, tanınmış alimlər, ziyalılar, şairlər, yazıçılar, media nümayəndələri, müəllifin həmkarları, tələbə yoldaşları və başqaları iştirak ediblər.

Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilib
Təqdimat mərasimini giriş sözü ilə AYB-nin yaradıcılıq məsələləri, regionlar və filiallar üzrə katibi, yazıçı-dramaturq İlqar Fəhmi açıb.

Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilib
Sonra məclisin aparıcısı, AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri, tənqidçi Əsəd Cahangir kitabın məziyyətlərini səciyyələndirib. O, monoqrafiyanı filologiya elmimizə gözəl bir töhfə kimi dəyərləndirib: “Bu kitab həm də dövlətçilik idellarımıza xidmət edir. Belə bir işi hasilə gətirmək həm məsuliyyətli, həm də şərəflidir. Leyla Əliyevanın poeziyasını hərətərəfli araşdırma predmetinə çevirən S.Şərifova onun fəlsəfəsi, obrazlar sistemi, bədii təsvir, dil-üslub xüsusiyyətləri, müxtəlif dillərə tərcümələri barədə müasir dünya filologiyası səviyyəsində söz deməyə nail olub.

Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilib

“Leyla Əliyevanın poetik dünyası” şairənin yaradıcılığına ilk monoqrafik yanaşmadır. İnanıram ki, müasir Azərbaycan filoloji düşüncəsinin yüksək elmi səviyyəsini bütün genişliyi ilə ortaya qoyan bu iş həm Leyla Əliyevanın yaradıcılığı, həm də ümumən müasir poeziyamız barədə gələcək tədqiqatlara öz təsirini göstərəcək”.

Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilib
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli geniş və əhatəli nitq söyləyib. Kitabın məziyyətlərini və müəllifin peşəkarlığını yüksək qiymətləndirən akademik İsa Həbibbəyli monoqrafiyanın ədəbiyyatşünaslıq elminə mühüm töhfə olduğunu vurğulayıb.

Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilib

Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilib

Tədbirdə Azərbaycan Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov, AMEA Nəsimi adına dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdirləri – professor Asif Rüstəmli, professor Gülər Abdullabəyli və professor Almaz Ülvi kitabın elmi məziyyətlərindən söhbət açıblar.

Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilib

Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilib

Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilib

Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilib

Sonra kitabın rəyçiləri – AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru Vüqar Əhməd və filologiya üzrə fəlsəfə doktoru Müşfiq Borçalı (Çobanov) çıxış edərək filologiya elmləri doktoru, AMEA-nın professoru, Rusiya Təbiət Elmləri Akademiyasının akademiki Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” adlı monoqrafiyasını əhəmiyyətindən danışıblar.

Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilib

Müşfiq Borçalı müəllifin altı fəsildən ibarət olan bu kitabını Azərbaycan ədəbiyyatşünaslıq elminin yeni uğuru və eyni zamanda, Azərbaycan ədəbiyyatına növbəti xidmət kimi yüksək qiymətləndirib.

Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilib

O, həmçinin Salidə Şərifovanı tələbəlik illərindən tanıdığını, elə o vaxtan onun bacarıqlı, bilikli, savadlı, səmimi, mehriban, istedadlı, işgüzar, zəhmətkeş, qayğıkeş və xeyirxah insan olduğunu, həm də, Salidə xanımın gözəl ana böyük hörmət və nüfuz sahibi olduğunu diqqətə çatdırmış, tələbə yoldaşlarından – Hüsniyyə Çobanova, Poza Dünyamalıyeva, Sevil Məsimova, Elmira Zamanova, Məlahət Mirzəyeva və Zakir İsmayılovun da təqdimatda iştirak etdiyini vurğulamış, onların adından möhtəşəm təqdimat münasibətilə müəllifi ürəkdən təbrik etmiş və ona yeni-yeni uğurlar arzulamışdır.

Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilib

Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilib

Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilib

ADPU-nun professoru Yaqub Babayev, Hüsniyyə Çobanova, Məlahət Babayeva, Fərqanə Zülfüqarova və digər tanınmış ziyalılar, qələm sahibləri çıxışlarında kitabın xarakterik cəhətlərindən söz açıblar, nəşrin böyük əhəmiyyətindən bəhs ediblər.

Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilib

Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilib

Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilib

Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilib

Daha sonra tanınmış şair və yazıçılardan – AYB-nin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi, Avropa Elm və Sənət Akademiyasının həqiqi üzvü Səlim Babullaoğlu, Azərbaycan tanınmış ictimai-siyasi xadimi, yazıçısı, texnika elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar mühəndisi Hüseynbala Mirələmov, Leyla Əliyevanın şeirlərinin tərcüməçisi, “Ədəbiyyat qəzeti” baş redaktorunun müavini Adil Cəmil, yazıçı-dramaturq, siyasi elmlər üzrə fəlsəfə doktoru Sabir Şaxtaxtı, Naxçıvan Respublikasının Əməkdar jurnalisti Fərəc Fərəcov, “Ədəbi incilər” jurnalının Baş redaktoru Xalidə Nuray, Yusif Nəğməkar, Vəli Qaraçaylı, Mənzər Niyarlı, Güləmail Murad, Kəmalə Abıyeva, Nüşabə Məmmədli, Nazilə Gültac və başqaları çıxış edərək S.Şərifovanı bu təqdirəlayiq işinə görə təbrik edib, gələcək fəaliyyətində ona uğurlar arzulayıblar.

Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilib

Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilib

Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilib

Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilib

Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilib

Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilib

Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilib

Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilib

Bir sözlə, “Leyla Əliyevanın poetik dünyası” adlı monoqrafiya yüksək dəyərləndirilərək, Azərbaycan ictimaiyyətinə, ədəbiyyatşünaslığına əvəzsiz töhfə olması vurğulanıb.

Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilib

“Vəhdət” partiyası sədrinin müavini Tərlan Ərəbli çıxş edərək partiyanın sədri, tanınmış yazıçı və alim-filosof Adəm İsmayıl Bakuvinin müəllifə ünvanladığı təbrikini və xoş arzularını da çatdırıb.

Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilib

Azərbaycan Respublikasının Xalq artisti Məleykə Əsədova və Azərbaycan Respublikasının Əməkdar artisti Elza Seyidcahanın çıxışları tədbirə xüsusi ovqat qatıb.

Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilib

Tədbirdə AYB-nin seksiyalar üzrə katibi, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli, AYB-nin məsul işçiləri – şair, tərcüməçi, filologiya üzrə fəlsəfə doktoru Firuzə Məmmədli, Südabə Sərvi, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutundan – Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Fəridə Əzizova, filologiya elmləri doktoru Esmira Fuad, filologiya üzrə fəlsəfə doktoru Safurə Quliyeva, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Gülnar Səma, Dünya Ədəbiyyatı və komporativistika şöbəsinin əməkdaşı Şükufə Vəliyeva, elmi işçi Ofelya Nağıyeva-İsmayılova, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş mühafizi, filologiya elmləri doktoru Səbinə Əhmədova, Bakı Dövlət Universitetindən Azərbayjan ədəbiyyatı tarixi kafedrasının professoru, filologiya elmləri doktoru Yeganə İsmayılova, baş müəllim Sona Çərkəz, H.Əliyev adına Hərbi İnstitutdan filologiya üzrə fəlsəfə doktoru Novruz Bəkirov, “Elm və təhsil” qəzetinin baş redaktoru Pərixanım Mikayılqızı, “Xəzan” jurnalının baş redaktoru Əli bəy Azəri,Elm.info.Az saytının şöbə müdiri Aygül Çobanova, jurnalist-şairə Zərəngiz Dəmirçi Qayalı, şairə Bənövşə Daşdılı və başqaları iştirak etmiş, möhtəşəm təqdimat münasibətilə müəllifi ürəkdən təbrik etmiş və ona yeni-yeni uğurlar arzulamışlar.

Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilib

Tədbirin sonunda müəllif Salidə Şərifova tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Sonra xatirə üçün foto-şəkillər çəkilib.

Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilib

Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilib

Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilib

Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilib

***

Qeyd edək ki, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının 28 mart 2024-cü il tarixli 2 saylı qərarı ilə çapa tövsiyə olunan monoqrafiya ölkəmizdə bu sahədə ilk əhatəli tədqiqat əsəridir.
Monoqrafiya fərdi iş planı kimi 2022-2023-cü illərdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi S.Şərifova tərəfindən yerinə yetirilmişdir.

Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilib

“Sənətkarın elmi pasportu seriyası”nın 51-ci nəşri olan monoqrafiyanın rəyçiləri Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Məmməd Əliyev, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməd və Azərbaycan Texniki Universitetinin “Ziya” qəzetinin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Müşfiq Çobanovdur.

Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilib

Biz də redaksiya heyətimiz adından bir daha sevimli redaktorumuz, dəyərli ziyalımız, tanınmış alimimiz, görkəmli Azərbaycan ədəbiyyatşünası, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, AMEA-nın professoru, filologiya elmləri doktoru, çox hörmətli Salidə xanım Şərifovanı “Leyla Əliyevanın poetik dünyası” adlı yeni və eyni zamanda, olduqca qiymətli bir əsərinin möhtəşəm təqdimatı münasibətilə ürəkdən təbrik edirik və ona yeni-yeni uğurlar arzulayırıq!..

Aygül və Hüsniyyə ÇOBANOVALAR,
ZiM.Az

Salidə Şərifovanın “Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilib

 

 

.

Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
.