KUBRA TURAL QIZI: “QANLI ŞƏKİL” (Hekayə)
5 min readKubra Tural qızı Naftalan şəhəri Səməd Vurğun adına 2 saylı orta məktəbin 8-ci sinif şagirdidir.Kiçik həcmli hekayələr və bayatılar yazır. Onun yazıları ara-sıra dövrü mətbuatda və müxtəlif yönümlü antologiyalarda çap olunub.
Dəyərli oxucularımıza onun hekayələrindən birini təqdim edirik
QANLI ŞƏKİL
(Hekayə)
Vüqarla Tural müharibənin ilk günündən bir yerdə idilər. Azərbaycanın azad olunmuş torpaqlarını düşməndən azad etmək üçün vuruşurdular. Cəbrayıl rayonunun alınması uğrunda mübarizə gedirdi. Şükürbəyli, Çərəkən, Mahmudlu, Cəfərabad kəndləri düşməndən azad edilmişdi. Düşmən bu məğlubiyyəti həzm edə bilmirdi. İgidlərimiz qorxmadan, rəşadətlə vuruşurdular… Doqquzuncu bölüyün əsgərləri də canlarını vətən torpağının azadlığı uğrunda sipər etmişdilər. Artıq Cəbrayıl şəhərini düşməndən azad etmək lazım idi. Sabah səhər tezdən Cəbrayılın alınması üçün əmr verilmişdi.
Komandir Şixəliyev Turalı səslədi: – Tural, Vüqarla get gör nə var, nə yox oralarda?
Komandir bu sözləri ilə Turalla, Vüqarı kəşfiyyata göndərirdi: – Özünüzdən muğayət olun, düşmən amansızdır. “Dil” gətirsəz əla olar. Əsgərlər hazırlaşırdılar, artıq axşamın alatoranı idi. Səssiz, asta-asta irəliləyən əsgərlər ətrafa diqqət edirdilər.
-Ay Tural, buraya kənd deyirlər, heç kəndə oxşamır, xarabalığa oxşayır. İş odur ki, uçurulmuş evlərin daşları da qalmayıb. Ermənilər bu daşları da yığıb aparıb görəsən?
-Nə, bilim qardaş, bu şərəfsizlərdən nə desən gözləmək olar. Daş yeyəndirlər də.
Əsgərlər asta-asta irəliləyirdilər. Birdən Vüqarın ayağının altından xırıltı eşidildi. O,yerində donub qaldı. Ermənilərin basdırdığı minanı tapdalamışdı: -Tural, Tural, mina! – deyərək Turala səsləndi.
-Tərpənmə ayağını qaldırma, ağırlığını sal!
Qorxudan Vüqar titrəyirdi.
-Qorxma bu dəqiqə zərərsizləşdirəcəyəm.
Tural bıçağını çıxardıb minanın ətrafını təmizlədi. Əlindəki lazerin saldığı işıqla minanın partlayıcısına gedən məftili tapdı. Onu kəsdi. Sonra aşağı hissəsində bərkidilmiş boltları açdı. Vüqara səsləndi:
-Mən əlimlə saxlayıram, sən yavaş-yavaş ayağını çək.
-Yox, Tural , birdən partlayar.
-Qorxma dedim sənə, mən saxlamışam, ayağını çək.
Ancaq Vüqar yerindən tərpənmədi.
-Yox, qardaş, yox, Tural, ölsək də qoy mən ölüm, sən get, birdən partlayar.
Tural Vüqarın getməyəcəyini görüb, əli ilə minanın üstünə basdı, o biri əli ilə də Vüqarı itələdi. Tural minanı zərərsizləşdirdi. Qorxudan, həyəcandan Vüqar titrəyirdi.
-Hə, qardaş, deyəsən getmişdik haa…
Vüqar özünə gəldi. Turalı qucaqladı.
-Sağ ol, qardaş, məni əzrayıla vermədin. Əsgərlər xeyli yol getdilər.
Gözləmədikləri bir hadisə baş verdi. Onlar beş nəfər erməni kəşfiyyatçısı ilə üz-üzə gəlmişdilər. Ermənilərdən biri nəsə bir söz işlətdi. Deyəsən qarşılarındakından parolu soruşurdu. Turalla Vüqar dillənmədilər. Ermənilər əllərini avtomatlarına atmaq istəyəndə Tural onlardan cəld hərəkət etdi. Avtomatı ilə onlardan qabaq düşmənin beşini də yerə sərdi. Ermənilərdən dördü gəbərmişdi, beşinci erməni isə yaralı idi. Tural qayışla erməninin əlini, qolunu bağladı. Vüqar erməninin silahlarını götürdü. Güllə erməninin qarnından dəymişdi. O zarıyırdı. Turalla Vüqar onu sürüyə-sürüyə geriyə gətirdilər. Xeyli yol gəlmişdilər. Çox yorulmuşdular. Tural çəkməsinə qoyduğu balaca cib telefonunu çıxartdı. Söndürülmüş telefonu açdı. Komandirini yığdı.
-Şıxı baba, ay Şıxı baba, biz gəlirik özümüzlə donuz gətiririk. Çox ağırdı, kömək edin. Çərəkən istiqamətinə kömək göndərin,- deyib telefonu söndürdü Telefonu yenidən çəkməsinin içərisinə qoydu. Heç beş dəqiqə keçməmişdi ki, qarşıdan gizir Elcan və daha iki əsgər göründü.
Səhər açılmışdı. Əsgərlər Cəbrayılın azad olunması üçün döyüşə hazırlaşırdılar. Vüqar Turalı dümsüklədi.
-Qardaş, bax gör günəş nə gözəl çıxıb. Nə gözəl görünür. Müharibə qurtarsaydı mən oğlumun, sən də oğlunun əlindən tutub gələrdik buralara… Buraları necə azad etdiyimizi onlara danışardıq.
-İnşallah, ay Vüqar, gələrik.
Komandirin səsi eşidildi.
-Ay Tural, o gizli saxladığın telefonu ver görüm əsgərdə telefon olmaz.
-Şıxı baba, ucuz telefondur, sadə telefondur, “salam” demək üçündür.
-Ver, ver əsgərdə telefon olmaz. Tural telefonu komandirinə uzatdı. Birdən təpənin üstündən mina partlaması səsi eşidildi. Vüqar günəşin gözəlliyinə baxmaq üçün təpənin üstünə çıxmış, ermənilərin basdırdığı minaya toxunmuşdu.
Hamı donub qalmışdı. Tural Vüqarın cəsədinə tərəf qaçdı. Onun parça-parça olmuş bədənini bir yerə yığaraq biz belə danışmamışdıq, qardaş,deyə fəryad etdi.
-Axı biz sənlə müharibədən sonra bir də buralara qayıdacaqdıq.
Tural onun qopmuş qolunu götürəndı gözlərinə inanmadı ovcu bükülü idi. Ovcunun içində şəkil vardı,şəkil qana bulaşmışdı.Balaca bir oğlan şəkli idi.
-Qayıdacağam, qardaş, öz oğlumu da, sənin oğlunu da götürüb qayıdacağam buralara……
KÜBRA TURALQIZI
Ziya.İnfo.Az
.