AMEA-nın professoru Salidə Şərifova “İstinadda rekord” diplomu ilə təltif edilib » ZiM.Az
2 min readTƏBRİK EDİRİK!
Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, AMEA-nın professoru, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü Salidə Şəmməd qızı Şərifova Azərbaycan Elmlər Akademiyasının rəhbərliyi tərəfindən “İstinadda rekord” diplomu ilə təltif edilib.
Filologiya elmləri doktoru Salidə Şərifova Azərbaycan ədəbiyyatşünaslıq elmində elmi əsərlərinə çox istinad edilməsi sahəsində fərqləndiyinə görə Azərbaycan Milli Elmlər Akademiyasının “İstinadda rekord” diplomuna layiq görülməsi təqdirəlayiqdir. 41 yaşında Rusiya Elmlər Akademiyası A.M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda 10.01.08 — Ədəbiyyat nəzəriyyəsi. Mətnşünaslıq ixtisası üzrə doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru adına layiq görülmüş Salidə Şərifova “İlk Azərbaycan romanları”, “Azərbaycan nəsr janrlarının təşəkkül və formalaşması prosesi (XX əsrin əvvəllərinə qədər)”, “Ədəbi prosesə nəzəri baxış (tənqidi məqalələr – 2003–2005-ci illər. I kitab)”, “Müasir Azərbaycan romanlarında ictimai-siyasi mühitin təsviri problemləri”, “Ədəbi prosesə nəzəri baxış (2006–2007-ci illərin məqalələri). İkinci kitab”, “Генезис азербайджанского романа: жанровые характеристики романа-хекаята и “маленького романа””, “Жанровое смешение в романе: коммуникативно-социокогнитивный подход”, “Əriyən şam (hekayələr toplusu)”, “Çağdaş Azərbaycan postmodern romanı”, “Klassiklər və müasirlər söz müstəvisində”, “Dionisin qələbəsi (hekayələr toplusu)”, “دیونیسین قلبه سی”, “اريين شمع”, “Sabir Rüstəmxanlı yaradıcılığının janr müxtəlifliyi”, “Fərəc Fərəcov yaradıcılığının problematikası, janr müxtəlifliyi və bədii xüsusiyyətləri”, “Теоретические проблемы жанрового смешения и литературного влияния в западной и восточной литературе”, “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunu əks etdirən əsərlərin janr xüsusiyyəti, problematikası, obrazları və bədii dili” kimi monoqrafiya, kitab və hekayə toplularının müəllifidir.
Biz də redaksiya heyətimiz adından tanınmış ədəbiyyatşünas və istedadlı yazıçı, filologiya elmləri doktoru, AMEA-nın professoru, Rusiya Təbiət Elmləri Akademiyasının həqiqi üzvü Salidə Şərifovanı yeni diplomu münasibətilə ürəkdən təbrik edir və ona yeni-yeni elmi nailiyyətlər arzulayırıq!..
Müşfiq BORÇALI,
ZiM.Az
.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
[ad_2]