RƏSUL HƏMİD: “SÖZÜN QÜDRƏTİ”

9 min read

RƏSUL HƏMİD (HƏMİDOV)

1966-cı il fev­­ralın 21-də Qəbələ ra­yo­­nu­­nun Vən­dam qəsə­bəsində doğu­lub. 1973-1983-cü illər­də Vəndam qə­sə­­bə­sin­dəki 1 və 2 say­lı orta məktəb­lərdə oxu­yub. Orta mək­təbi bi­tirən ildə Bakı Mə­də­­ni Maarif Texni­ku­muna da­xil olub. 3 ay sonra öz ərizəsi ilə tex­ni­kum­­dan im­ti­na edib. 1984-1986-cı il­lər­­də (SS­Rİ döv­ründə) Al­ma­­ni­ya Demok­ra­tik Res­pub­likasının Leip­zing və Drezden şə­hər­lərində hə­q­i­qi hərbi xid­mətdə olub. 1986-1991-ci illərdə keçmiş SS­Rİ-nin (in­diki Rusiya Fe­de­ra­siya­sı­nın) Tumen və Kazan şəhər­lərin­də, 1991-1992-ci illərdə Be­­la­ru­­siya­nın paytax­tı Minsk şəhərində xidmətini davam et­dirib. 1992-ci ildə könül­lü olaraq 1-ci Qarabağ ətrafında gedən dö­yüş­l­ərdə yaxından iş­tirak edib və Sər­səng su an­barı ət­ra­fınd­akı dö­­yüş­lərdə qol nahi­yəsindən qəlpə yarası alıb. 1993-2004-cü il­lər­də Sumqayıt şəhə­rində yaşayıb. 1994-cü ildə bu şə­hərdə ailə həyatı qurub. 2005-ci il­dən bəri doğma elində Vəndam qə­sə­bə­sin­də yaşa­yır. 2 oğul atasıdır. Öv­lad­ları ba­laca ikən ömür gün yol­­­daşını na­kam itirən şair, övlad­la­rını böyüdüb və təhsil verib.

Gənc yaşlarından şeirə, ədəbiyyata, poeziyaya böyük ma­rağı olan Rəsul Həmid elə həmin vaxtdan özü də şeirlər yaz­mağa baş­la­mışdır. Hazırda şairin müxtəlif möv­zularda 100-lərlə şeir­lə­ri və təms­illəri var. Şeirləri müxtəlif mətbuat orqan­larında, o cümlədən, “Ziya”, “Şərqin səsi”, “Borçalı”, “Elm və təhsil” qəzetlərində, ZiM.Az, Zir­ve.info, Zefer.info.az, Ziya.info.az, Zirve.info.az, Yurd.info.az, Bolnisi.az, Borcali.org və s. sayt­la­rda, eləcə də, “Vətən”, “Ca­nım Azər­baycanım”, “Zi­ya”, “Zirvə”, “Zə­fər”, “Xa­­rı­bül­bül”, “Qarabağ Azərbaycandır!”, “Dəmir yumruq, polad bilək”, “Odlar yur­du Azərbaycan”, “Tu­­ran”, “Rə­­van”, “Şah dağı”, “Ləlvər dağı”, “Qara-Arxac”, “Poeziya çələngi”, “Söz xəzinəsi”  və başqa ədə­bi məc­muə­lə­r­də dərc olu­nub.

“İlin vətənpərvər şairi” , “Zirvə”,  “Xarıbülbül”“Qızıl qələm” müka­fat­la­rı lau­­­reatı olan Rəsul Həmidin  “Sö­zün qüdrəti” adlı ilk şeirlər kitabı­ bu günlərdə “Borçalı” nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunaraq oxucuların ixtiyarına verilib və eyni zamanda, həmin kitaba görə şair “Zəfər” Fəxri diplomuna layiq gö­rü­­lüb.

Biz də Rəsul Həmidi bu yeni nailiyyətləri münasibətilə ürəkdən təbrik edir, ona yeni-yeni uğurlar arzulayır və aşağıda onun bir neşə şeirini dəyərli oxucularımıza təqdim edirik!..

ZiM.Az

 

 

SÖZÜN QÜDRƏTİ

 

Sözün öz çəkisi, dəyəri olsa,

Şair də mənalı sətir yazarsa,

Oxuyan kəslər də zövqün alarsa,

Yazanın heç zaman itməz zəhməti,

Ucaldar zirvəyə sözün qüdrəti.

 

İstəyən qoy yazsın, hansı bəhirdə,

Rədifi seçilsin- bütün bəndində.

Yazdığı əsərin haşiyəsində,

Tutduğu düz yolda, öz qətiyyəti,

Gələcək ərsəyə sözün qüdrəti.

 

Yazan çoxalsa da, dahi yetişmir,

Pul varsa, yazdığın süzgəcdən keçmir.

Doğru- həqiyqəti, heç kəs eşitmir,

Çoxalıb alladan bəşəriyyəti,

İtir kitablarda sözün qüdrəti.

10.11.2023.

Şuşa şəhəri.

 

 

TURAN YOLUDU

 

Türkdilli xalqların birlik rəmzidi,

Birləşsə qüdrətli, əzəmətlidi.

Kəsirlər qarşısın, bu da çətindi.

Tez çatsın kamına bizim arzumuz,

Başlayıb Turana gedən yolumuz!

 

Sözünü dünyaya deyən Türkiyə,

Çoxdandı can atır, bax bu birliyə.

Türkdilli dövlətlər vahid ölkəyə,

Çevrilmək üçün də haqları vardı,

Bir Vətən, bir ölkə Turan olardı!

 

Güc də birlikdədi, deyib atalar,

Bir olsaq, əlbətdə güzümüz artar.

Hay versin birliyə özbək, qazaxlar,

Tacıkı, Qırğızı, Türkməni vardı,

Ölkəmiz bir ölkə, Turan olard!

 

Onsuzda bu istək reallaşacaq.

Rəhbəri Ərdoğan başda olacaq.

Adı da tarixdə Öndər qalacaq.

Türkdilli dövlətlər – Türkün qoludu,

Sarsılmaz birliyi – Turan yoludu!

 

 

SƏNDƏN İLHAM ALMAQDADI

 

Bu dünyaya körpə gəlib, dahi kimi köçüb getdin,

Fərəhli bir ömür seçib, ürəklərə çöküb getdin.

Qələmindən nur payladın, şölələri ütüb getdin.

Unudulmaz iz qoymusan, kitablarda qaldı adın,

Səndən görüb götürmüşük, şeyriyyatın biz də dadın.

 

Kitablarda parlayan, Musa Yaqub səhifəsi var,

Şeirlərdə dağ ətirli, bənövşələr nəfəsi var.

Hopub dağa, qayalara, hər qayada öz səsi var.

Musa Yaqub həsrətilə, qəribsəyib ana çöllər,

Əvəzsiz bir şair oldun, unutmayır səni ellər.

 

Çox gəzmisən sağlığında, cığır-cığır bu dağları,

Seyr etmisən zirvələrdən, Kür qırağı, aranları.

Çalışırıq biz də yazaq, yaddan çıxıb qalanları.

Dağ ətirli çiçəklərdə, Musa Yaqub ləçəyindən,

Qələminlə haray salıb, yazdıqların haqq səsindən.

 

Axtarmadın şan-şöhrəti, özü gəlib tapdı səni,

Xalqın bilki öz gözündə, zirvələrə yapdı səni.

Arzuların qanadında, gələcəyə çapdı səni.

Musa Yaqub eşqi ilə, bol axardı çayların da,

Çox şeirlər yazmış oldun, bu çayların kənarında.

 

Yoxluğun bir dərd kimi, qübar salıb ürəklərə,

Əbədi bir kədər qondu, Musa Yaqub sevənlərə.

Rəbbimiz də kömək olsun, sözə qiymət verənlərə,

Xalq şairi ölməyibdi, ruhu bizlə qalmaqdadı,

Rəsul Həmid əzəl gündən, səndən ilham almaqdadı…

 

 

İŞIQLI GƏLƏCƏYƏ

 

Allahın bəxş etdiyi, qüdrətli sərkərdəmiz,

Azad olubdu sənin, hünərinlə ölkəmiz.

Tarixlərə yazıldı bu şanlı qələbəmi!

Qoy bunu dünya bilsin, haqqım var ki, deməyə,

İlham aparır bizi uğurlu gələcəyə!

 

Mehribanla biz qoşa, İlhamlada irəli,

Onlardı Vətənimin etibarlı əlləri.

Onlarla bir başladı, xalqımın zəfərləri,

Zəfərlərin önündə, o, başladı getməyə,

İlham aparır bizi uğurlu gələcəyə!

 

Ən böyük güvənc yeri, xalq olubdu əzəldən,

Bir yumruq düzəltdiniz, xalqın gücü dəmirdən.

Bütün dünya danışdı, qırx dörd günlük zəfərdən.

Şad olduq, bayrağımız Şuşada yellənməyə,

İlham aparır bizi uğurlu gələcəyə!

 

Ordu ilə xalqının vəhdətin yaratmısan,

Yenilməz ordumuzu, hazırlayıb qurmusan.

Ali Baş Komandansan, önündədə durmusan.

İnanırıq, qoymarsan ordunu yenilməyə,

İlham aparır bizi uğurlu gələcəyə!

 

Hünərin rəhbər kimi, ən böyük sevgin Vətən!

Yoxsulluqdan çıxartdın, eylədin zəngin Vətən!

Hər yanda üzün güldü, gülmürdü qəmgin Vətən!

Ay İlham,haqqın çatır, sən özünü öyməyə,

İlham aparır bizi, işıqlı gələcəyə!!!

 

 

 

VƏTƏN NAMİNƏ

 

DÜNYA ŞÖHRƏTLİ ALİM,

NYU-YORK ELMLƏR

AKADEMİYASININ AKADEMİKİ,

FİLOLOGİYA ELMLƏRİ DOKTORU,

MƏRHUM PROFESSOR

MƏDƏD ÇOBANOVUN

ƏZİZ XATİRƏSİNƏ

 

Bizim Dədə Mədəd öz zəkasilə,

Günəş tək bəşərə nurun ələdi.

Qalxıb zirvələrə, öz sədasilə,

Elmə böyük töhfə büküb bələdi.

 

Yazdı neçə-neçə elmi əsərlər,

Bizlərə bəxş edib, köçdü dünyadan.

Ondan dərs alacaq – neçə nəsillər,

Necəki nur alır, günəşdən, aydan.

 

Belə bir qüdrətli, nufuzlu alim,

Xalqıma Allahdan gözəl pay idi.

Deyirəm: bilirəm səhv etmir dilim,

Ən məşhur alimə gözəl tay idi.

 

O, bir məşəl idi, sönməyən məşəl.

Mədəd ocağının közü üzülməz.

Adına yazsam da neçə cür əsər,

Ocaqda bir közün əvəzin verməz.

 

Yollara nurunu elə səpdiki,

Zülmətlər işığa qərq olsun deyə.

Elm adlı bağında ağac əkdiki,

Barsız ağaclardan fərq olsun deyə.

 

Dahi alim, Ustad Dədə Mədədə,

Söz tapıb yazmaq da çətindir mənə.

Özümə borc bilib, öz şərəfimə,

Yazıram, gələcək Vətən naminə!!!

                  13.08.2023.

 

VƏTƏNİN VƏTƏN OĞLUSAN!

Müşfiq Borçalıya

Göylərin nurundan yaranan insan,
Yüz min ürəklərdə sevilən bir can,
Sənə alqış deyir, bütün Gürcüstan,
Sən bizim Vətənin, oğlusan Müşfiq!
Bu elin, bu yurdun, uğrusan Müşfiq!

Mən necə tərənnüm etməyim sizi?
Doğrunu yazmamaq mənə çətindi.
Allah itirməsin zəhmətinizi,
Borçalı mahalı bizim Vətəndi!

Sizi qəlbən sevir, bu xalq, bu millət,
Yazar şairlərə mayaqsız, Müşfiq!
Sizlərdən götürür başqası ibrət,
Şeirə, sənətə dayaqsız Müşfiq!

Həyat çox gözəldir, zəmanə çətin,
Çətin zəmanənin nur ziyalısı;
Haqqa söz deməyə çatıb cürətin,
Sizlərə ən böyük alim qayğısı,
Əvəzsiz, xalqından görərsən Müşfiq!
Qəlblərdə, dahiyə dönərsən Müşfiq!

Sizsiz şairlərin zəhmətin bilən,
Layiqli haqqına töhfəni verən.
Əsil şairləri ürəkdən sevən,
Sizsiz qiymət verən, dəyərləndirən.

Yüksəldin ən yüksək zirvələrə sən,
Xalqının gözündə göyə ucaldın,
Ömrünü Vətənə həsr etmisən sən,
Qoy dünya bilsinki, Mədəd oğlu sən!
Ay Müşfiq, Vətənin Vətən oğlusan!!

 

 

GÖZƏL İNSANDI

Zəkasın, biliyin elmə sərf edən,
Bu yolda ən uca zirvəyə gedən,
Əməyi Vətənə müjdələr verən,
Yorulmaq bilmədən hey çalışandı,
Müşfiq Borçalımız, gözəl insandı.

Hər yerdə hörmətlə çəkilir adı,
Aparır irəli o, mətbuatı.
Elmə və maarifə bağlı həyatı,
Onunçün şərəfdi, şöhrətdi, şandı,
Müşfiq Borçalımız, gözəl insandı.

Qəlbinın dostudu bütün yazarlar,
Fərq etməz ya kişi, ya da qadınlar.
Hamıya dəstəyi, köməyi olar,
Neçə min ürəkdə döyünən candı,
Müşfiq Borçalımız, gözəl insandı.

Xalqın sevgisində olan alimdi,
Nə varlı, nə kasıb, hamıya birdi.
Ən böyük sevgisi daim Vətəndi,
Vətənə, xalqına canı yanandı,
Müşfiq Borçalımız, gözəl insandı.

Sənə bənzəməyir yetən alimlər,
Nə çoxdu hörmətdən itən alimlər,
Bağçada kol kimi bitən alimlər,
Zirvələr fəht edib hey ucalandı,
Müşfiq Borçalımız, gözəl insandı.

 

ZiM.Az

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *