Hörmətli Müşfiq müəllim!

Azərbaycan Texniki Universitetinin yaradıcı məzunlarına müraciətiniz qəlbimdə həzin, kövrək duyğular oyatdı. İki qardaşım bu təhsil ocağının məzunu olub. Hər ikisi yol mühəndisi idi. Böyük qardaşım Əli bir müddət öz ixtisası üzrə işlədikdən sonra rayonumuzun müxtəlif kolxozlarında təsərrüfat rəhbəri (kolxoz sədri) olmuşdur. Kiçik qardaşım Məmmədov Sabir Surxay oğlu əvvəl Cəbrayıl rayonunda işləmiş, SU-836-da baş mühəndis, daha sonralar Qaradağ rayonunda yol idarəsinin (Su-837) rəisi vəzifəsində çalışmşdır. Az yaşadı, 38 yaşında qəflətən dünyasını dəyişdi. Mühazirə dəftərini, şəkil və sənədlərini əziz xatirə kimi saxlayıram. O yaxşı övlad, yaxşı qardaş, yaxşı insan, yaxşı rəhbər idi Tanıyanlar indi də xatirəsini əziz tuturlar.

Rəhilə ABBASOVA,

Kür­dəmir şəhər 1 saylı tam orta məktəbin sabiq Baş müəllimi, təqaüdçü, şairə.

 

Ziya.İnfo.Az

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *