AzTU-nun mətbuat katibi BDU tələbələrinə təlim keçib

1 min read

Azərbaycan Texniki Universitetinin (AzTU) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri – mətbuat katibi Sevinc İsgəndərova Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin ikinci kurs tələbələrinə “İctimaiyyətlə əlaqələrin təşkili və mətbuat xidmətlərinin fəaliyyəti” mövzusunda təlim keçib.

Təlimdə ictimaiyyətlə əlaqələrin mahiyyəti, idarə edilməsi, reklam və ictimaiyyətlə əlaqələrin fərqli cəhətləri, mətbuat xidmətlərinin fəaliyyəti, mətbuat katibinin funksiyası, məsuliyyəti ilə bağlı tələbələrə ətraflı məlumatlar verilib.   

Sonda tələbələrin sualları cavablandırılıb.

“Ziya”

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir