Dekabr 31, 2025

AzTU ilə Həmkarlar İttifaqı Komitəsi arasında kollektiv müqavilə imzalanıb

1 min read

Azərbaycan Texniki Universiteti (AzTU) ilə universitetin Həmkarlar İttifaqı Komitəsi arasında kollektiv müqavilə imzalanıb.

Müqaviləni AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri Lalə Piriyeva imzalayıb.

Kollektiv müqavilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi arasında bağlanmış 06.10.2025-ci il tarixli Kollektiv Sazişə (2025-2027) uyğun olaraq işəgötürənlə işçilər arasında əmək, sosial-iqtisadi və digər münasibətləri tənzimləmək məqsədilə bağlanılır.

ZiM.Az

 

Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
.