AzTU Həmkarlar İttifaqı Komitəsinə yeni sədr seçilib
1 min read
Azərbaycan Texniki Universitetində Həmkarlar İttifaqı Komitəsinə sədr seçkisi keçirilib.
Səsvermənin nəticələrinə əsasən Piriyeva Lalə Zakir qızı Azərbaycan Texniki Universitetinin Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsinə seçilib.
Keçirilən iclasda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin nümayəndələri, eləcə də Azərbaycan Texniki Universitetinin rəhbər şəxsləri iştirak ediblər.
Lalə Piriyeva 1989–1994-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində ali təhsil alıb, filologiya üzrə fəlsəfə doktorudur.
Hazırda AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda doktorantura təhsilini davam etdirir.
O, Azərbaycan Texniki Universitetində Energetika fakültəsinin dekan müavini, eyni zamanda Humanitar fənlər kafedrasının dosenti kimi fəaliyyət göstərir.
Biz də redaksiya heyətimiz adından Yeni seçilmiş sədri – çox hörmətli Lalə xanımı ürəkdən təbrik edir və ona şərəfli fəaliyyətində uğurlar arzulayırıq!..
Müşfiq BORÇALI,
ZiM.Az
.
