Avqust 2, 2025

Yasamalda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirilib

2 min read

2025-ci il iyulun 31-də Bakı şəhəri Yasamal rayon Heydər Əliyev Mərkəzində 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirilib.

Yasamalda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirilib

Əvvəlcə fəxri qonaqlar və tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin büstünü ziyarət edərək, onun əziz xatirəsi dərin ehtiramla yad ediblər.

Yasamalda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirilib

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən, Ulu öndərin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra tədbiri giriş sözü ilə “SübhNur” Tədris və İnkişaf Mərkəzinin təsisçi direktoru Gülnarə Hüseynova açaraq, geniş nitq söyləyib.

Yasamalda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirilib

O, Azərbaycan dilinin milli-mənəvi kimliyimizin əsası, milli varlığımızın və dövlətçiliyimizin möhkəm dayağı olduğunu vurğulayıb.

Yasamalda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirilib

“SübhNur” Tədris və İnkişaf Mərkəzindən ZiM.Az-a bildiriblər ki, tədbirdə bir çox tanınmış ictimai-siyasi xadimlər və elm adamları çıxçış ediblər.

Yasamalda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirilib

Fəxri qonaqlardan Azərbaycan Respublikası Milli Məclisinin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Aydın Mirzəzadə, Azərbaycan Texniki Universitetinin “Humanitar fənlər” kafedrasının müdiri, YAP Yasamal rayon təşkilatı AzTU üzrə ərazi partiya təşkilatının sədri Həbib Mirzəyev, Yasamal Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Cavid Şıxcəfərli və başqa fəxri qonaqlar çıxış edərək Azərbaycan dilinin tarixi inkişaf yolu, müasir dövrdə qorunub inkişaf etdirilməsi istiqamətində görülən işlər, eləcə də Ümummilli Lider Heydər Əliyevin bu sahədə əvəzsiz xidmətlərindən bəhs ediblər.

Yasamalda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirilib

Yasamalda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirilib

Tədbir çərçivəsində həmçinin Azərbaycan dilinin möhtəşəmliyi, onun xalqımızın milli kimliyinin ən böyük göstəricisi olması barədə hazırlanmış videoçarx nümayiş etdirilib.

Yasamalda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirilib

Tədbirdən sonra xatirə üçün foto-şəkillər çəkdirilib.

Yasamalda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirilib

Yasamalda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirilib


Müşfiq BORÇALI,
ZiM.Az

.

Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.