Arıxlı İcma Mərkəzində müdavimlərə sertifikatlar təqdim olunub
1 min read

Tədbirdə mərkəzin təsisçisi Rezo Həsənov çıxış edərək məktəbliləri təbrik edib, onlara gələcək təhsillərində uğurlar arzulayıb. O, gənclərin savadlı, elmi biliklərə sahib olmaları üçün daim çalışmalı və ictimai fəallıq göstərməli olduqlarını vurğulayıb.
Mərkəzin Azərbaycan dili müəllimi Fəridə Seyidova da çıxış edərək müdavimləri təbrik edib, ana dilimizi öyrənməyin və düzgün istifadə etməyin vacibliyindən bəhs edib. O, dilin milli kimliyin əsas ünsürlərindən biri olduğunu qeyd edərək, gəncləri dilimizi sevərək öyrənməyə çağırıb.
Sonda kursu uğurla başa vuran müdavimlərə sertifikatlar təqdim olunub.
Biz də Arıxlı İcma Mərkəzinin müdavimlərini ürəkdən təbrik edir və onlara yeni-yeni uğurlar arzulayırıq!..
ZiM.Az



.