El Bakuvi: “RUHUMUN ÇAĞIRIŞLARI”
8 min read
El Bakuvinin (Eldar Hüseynov) “Azad Qələm” ədəbi-publisistik jurnalının son buraxılışlarında dərclərini oxuyandan sonra, onlar məni o dərəcədə valeh etmişdir ki, mən, jurnalın baş redaktoru olan, Nəcibə xanımı, Eldar Hüseynovun yaradıcılığı ilə daha yaxından tanış etməyə xahiş etdim. Tanışlıqdan sonra məlum olub ki, bu bizim müasirimiz, soydaşımız, Bakının köhnə, demək olar ki, qədim kəndlərindən biri olan, Əmircan (köhnə Xilə) kəndinin qırağında yaşayır. Çox heyfslənirəm ki, şəxsi tanışlığımız hələ də baş tutmamışdır. Lakin bu hal, onun şeir toplusunda özünə yer tapmış şeirlərin ədəbi təhlilini aparmağa, heç də mane olmur. Hal-hazırda qarşımda masa üzərində həmin şeir toplusu ilə yanaşı, həmçinin onun oğlu tərəfindən tanışlıq üçün mənə verilmiş on ədəd ayrı-ayrı vərəqlərdə olan sonet var. Bu sonetlərin hamısı bizim hörmətli gözəl Vitse-Prezidentə həsr olunmuşdur.
Doğru desək, bu əsərlərin gözəlliyi o qədər valeh edir ki, insan yalnız onlardan danışmaq istəyir. Amma hər halda biz çalışıb, öz hisslərimizə üstün gələrək, hekayəmizin müəyyən hissəsindən bütöv topludan danışacayıq. Əvvəla, insanın diqqətini dərhal cəlb edən odur ki, şairin doğrudan da həsr etdiyi xanıma dərin hörməti və saf yüksək qəlbi hissləri vardır. Şübhəsiz ki, şairin bu qadına qarşı bütün sonetlərində hissləri yüksəkdir. Şairin bu hissləri Yer cazibəsindən kənara çıxarmasından görünür. Bakuvinin əsl rəssam olduğunu cəsarətlə söyləyə bilərik. Mehriban xanıma həsr etdiyi ilk sonetin ilk misralarından şair, bu insanın ətrafdakıları cazibədar etdiyini tapmağa və göstərməyə nail olmuşdur. Əlbəttə ki, bu onun gözləridir. Məhz Şərq Qadının gözləridir. Bütün dövrlərdə dünyanın bütün xalqları qadınlarının gözəlliyi ilə fəxr edirdilər. Niyə də biz bunu etməyək? Bunu bizim hamımızın əvəzinə o etmişdir. Bu bizim müasirimiz El Bakuvidir! Böyük bir şairə yaraşdığı kimi, o bunu şərəflə etmişdir. Burada nəsə sehrli və cazibədar var. Yalnız birinci sonetə ithafı və ilk iki sətirini oxuduqdan sonra, dərhal bütün parlaqlıqda və aydınlıqda bizim müqayisəsiz Mehriban xanumu görürsən. Sonetin beşinci misrasında Bakuvi deyir: Və onlarda səslənən musigi ahəngləri – Sizin üçündür. Bütün bunlar haqda ilk danışanlardan, yazanlardan biri olduğumu bildiyimdən böyük məmnunluq hissi duyuram. Bəli, demək lazımdır ki, El Bakuvinin şeirləri və sonetləri həddən artıq heyranedici və ahəngdardır. Burada, onun oğlu tərəfindən yazılmış tərcümeyi-hal da bizə müəyyən mənada köməklik edə bilər. Və həqiqətən də, tərcümeyi-halnan taşın olandan sonra görürik ki, El Bakuvi (Eldar Hüseynov) öz gənclik illərində böyük musiqi həvəskarı olmuşdur.
Bu insan haqda, onun poeziyası haqda yazmağa başlamamış öncə, bir xeyli müddət əlimdə olan onun haqqında materialla işləmiş, onu oxumuş və öz təfəkkür süzgəcimdən keçirmişəm. Mən başa düşüb, dərk edirəm ki, gələcəkdə bu insanın yaradıcılığı haqqında çoxlu məqalələr və rəylər yazılacaq, lakin artıq indi demək lazımdır ki, El Bakuvi – ədəbiyyat müstəvisində kifayət qədər nadir və unikal bir hadisədir. O özü öz haqqında, eləcə də onun haqqında bizim şairəmiz Nəcibə xanım İlkin dedikləri kimi El Bakuvi – Azərbaycan şairidir. Ata xətti ilə o azərbaycanlı, ana xətti üzrə – polşalıdır. Lakin sonetləri və şeirlərini rus dilində yazıb, yaradır. Bu fakt çox təəccüblü deyil, ədəbiyyat tarixində belə misallara tez-tez rast gəlinir. Burada, çox güman ki, ən mühüm məqam – şairin öz işinin öhdəsindən müvəffəqiyyətlə gəlməyidir! El Bakuvinin əsərləri necə dilə yatımlı olması, necə rahatlıqla oxumasını, qavranılması üçün rahat olmalarını başa düşmək üçün mütləq ədəbiyyatşünas və ya poeziya sahəsində yüksək mütəxəssis olmaq şərt deyil. Bakuvinin yaradıcılığında sonet janrı mühüm və xüsusi yer almışdır və bu janrda çalışanlardan özünə bir müəllim kimi Valeriy Kurinskini seçmişdir və onun yaradıcılığını özünə nümunə tutmuşdur. Şübhəsizdir ki, Bakuvinin yaradıcılığının təqdiqatları hələ də qabaqdadır, lakin düşünürəm ki, hətta ilk baxışdan və kobud hesablamalardan, bir məsləkdaş kimi, o, lazımi normativi yerinə yetirmişdir. Heyif o şagirddən ki, öz müəllimindən heç olmasa bir pillə yuxarı qalxa bilməmişdir.
Bildiyimiz kimi, sonet nəzm əsərlərinin ən mürəkkəb formalarından biri sayılır, və biz burada bu fəaliyyət sahəsinin xüsusiyyətlərinə toxunmayacayıq və janra məxsus incəliklərinin araşdırmasını konkret mütəxəssislərin payına saxlayarıq. Lakin Bakuvinin nəzm əsərlərinin ayrı-ayrı misraların sadə, elementar, cazibədar məlahətliyi, ahəngliyi insanı doğrudan da valeh və məftun edir. Kitabdakı ilk on sonetlərə qayıdaq. İlk növbədə topludakı ən birinci şeirə nəzər salaq. O «Füsunkar gecənin zibavərliyi ilə Şərq necə də gözəldir” sətirlə başlayır. Elə şeirin ilk misralarından rəssam tərəfindən sözlə çəkilmiş sehrli bir mənzərəni görmək mümkündür. Və burada yəgin onu da qeyd etmək lazımdır ki, bu cür cazibədar mənzərələri həmişə məhz Şərqin şairləri yaradırlar. Şairin bu sonetdə sözlə çəkdiyi mənzərənin incə və xırda məqamların kənara qoyaraq, onu yalnız iri ştrixlərlə yazıb, yaratmışdır. Bu təəccüblü və heyranedicidir. Düşünürəm ki, bu şerin dünyasın özüm üçün açmışam, və onun üzərində çox dayanmadan, oxucuların mühakiməsinə çıxaraq, biz isə digər əsərlərin müzakirəsini davam edək.
El Bakuvinin istedadını ilk görənlərdən, onun istedadına ilk fikir verənlərdən biri, əvvəllər az tanınan “İcmal” qəzetinin baş redaktoru Teyfur müəllim Çələbini, bir də hal-hazırda fəaliyyət göstərən ədəbi-bədii jurnalın baş redaktoru və təsisçisi olan Nəcibə xanım Babakişiyevadır. Məhz bu adları çəkdiyim insanlar Eldar Hüseynovun yaradıcılığına yaxın diqqət göstərmişlər. Və bu şair haqqında “El Bakuvinin yüz soneti” kitabına yazılmış ön sözdəki sözlər məhz Teyfur müəllimə məxsusdur: “Sənə uğurlar, Şərqin yeni doğan Dan Ulduzu. Əbədi işıq saç!” Mən də məmnuniyyətlə Teyfur müəllimin sözlərinə qoşuluram. Özüm üçün də bir xoşbəxtlik hesab edirəm ki, bu məqalədə bizim hörmətli Mehriban xanımın sözün əsl mənasında ibrətamiz gözəlliyi haqqında danışmaqa.
İndi isə sonetlər haqda. Mehriban xanıma həsr olunmuş sonetlərin sayını (on beş) nəzərə alsaq, onları tam əminliklə məhz dövr adlandıra bilərik. Məndə olanlar isə müasir dünya nəzm yaradıcılığının şedevrləri kimi qiymətləndirmək olar. Nəzm əsərlərində ifadə olunmuş bu cür söz və hisslər yalnız şair qəlbinin dərinliklərindən və xəlvətlərindən qaytnaqlana bilər. Və buna baxmayaraq, sonetin 14 misrasında məharətlə toplanmış sözlər poetik sənətkarlığın bütün incəliklərinə yiyələnmiş ustadın istedadıdırsa, onda misranın bütün mətni və ona daxil edilmiş dərin məna, demək olar ki, şairin mənəvi, səmimi hisslərindən irəli gələn bir məhsuldur. Bəlkə də bunlar ustadın özündən, ürəyindən, ruhundan, qələmindən, sözlərindən, kağızından dalğaların yaratdığı sevgi kvantlarıdır…
Burada hər şey ahəngdardır və hər şey üst-üstə düşür. Bu qadının gözəlliyi, yüksək dövlət və ictimai statusu olduqca yüksəkdir və El Bakuvi kimi şairin tərənnümünə layiqdir.
Həm görkəmli istedad, həm də onun qızıl qələmi birinci xanımımız Mehriban xanımın həqiqətən qeyri-adi gözəlliyini seçmiş, bu qadın obrazını böyük bədii ədəbiyyatımızın səhifələrində gözəl poetik sətirlərdə şərəflə təcəssüm etdirmişdir.
HƏBİB MİRZƏYEV,
filologiya elmləri namizədi, dosent
Azərbaycan Texniki Universitetinin
Humanitar fənlər kafedrasının müdiri
ZiM.Az
.