QS nümayəndələri AzTU əməkdaşlarına təlim keçib

1 min read

QS (Quacquarelli Symonds) beynəlxalq reytinq agentliyinin nümayəndələri Azərbaycan Texniki Universitetində (AzTU) təlim keçib.

AzTU-nun Tədqiqat və inkişaf şöbəsinin təşkilatçılığı ilə keçirilən təlimdə QS agentliyinin fəaliyyəti, reytinq metodologiyası və AzTU-nun QS reytinqlərindəki fəaliyyəti haqqında ətraflı məlumat təqdim olunub.

Elm və innovasiyalar üzrə prorektor Sübhan Namazov AzTU-nun beynəlxalq reytinqlərdə irəliləməyi əsas hədəf kimi müəyyənləşdirdiyini və qlobal rəqabət qabiliyyətinin artırılması istiqamətində həyata keçirilən tədbirlərin vacibliyini vurğulayıb. Bu görüşün AzTU-nun QS reytinqindəki mövqeyinin yüksəldilməsinə xidmət etdiyi də qeyd olunub.

Təlim iştirakçıları QS reytinq metodologiyası ilə tanış olmaqla yanaşı, universitetin beynəlxalq arenada tanınması və müvəffəqiyyətinin artırılması üçün müvafiq strategiyalar üzərində fikir mübadiləsi aparıblar.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *