Ankara Universitetinin rektoru ikili diplom proqramında təhsil alan AzTU tələbələri ilə görüşüb

1 min read

Ankara Universitetinin rektoru professor Necdet Ünüvar 2022-ci ildə Ankara Universiteti ilə Azərbaycan Texniki Universitetinin (AzTU) kompüter mühəndisliyi ixtisası üzrə ikili diplom proqramına qəbul olunan AzTU tələbələri ilə görüşüb. Bildirib ki, 2021-ci ildə AzTU ilə imzalanan protokola əsasən, tələbələr 2024-2025-ci tədris ilindən təhsillərini Ankara Universitetində davam etdirəcəklər. Rektor qeyd edib ki, tədris proqramını bitirən tələbələr ikili diploma sahib olacaqlar ki, bu da onların gələcək fəaliyyətlərinə mühüm töhfələr verəcək.

Görüşdə iştirak edən Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil məsələləri üzrə müşaviri, dosent Nəcibə Nəsibova Ankara Universitetində təhsil alacaq AzTU tələbələrinə dərslərində uğurlar arzulayıb.

Çıxışlardan sonra rektor Necdet Ünüvar və təhsil məsələləri üzrə müşavir Nəcibə Nəsibova tələbələrlə birlikdə tort kəsiblər.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *