AzTU ilə QS arasında əməkdaşlıq müqaviləsi imzalanıb

1 min read

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev “Quacquarelli Symonds”un (QS) regional direktoru Sergey Xristolyubovla görüşüb.

Rektor dünya reytinqlərində AzTU-nun beynəlxalq rəqabətliliyinin artırılması üçün imzalanacaq müqavilənin əhəmiyyətini vurğulayıb. O, həm akademik göstəricilərin yüksəldilməsi, elmmetrik bazalarda nəşrlərin artırılması, həm də əmək bazarının tələblərinə uyğun kadrların hazırlanmasının universitetin əsas prioritetləri olduğunu qeyd edib. Rektor QS-lə əməkdaşlığın önəmindən də danışıb.

QS-in regional direktoru Sergey Xristolyubov AzTU-nun qlobal rəqabət qabiliyyətinin artırılması və beynəlxalq reytinqlərdə irəliləməsinə xüsusi diqqət yetirildiyini bildirib.

Daha sonra AzTU ilə QS arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqavilə çərçivəsində AzTU-nun qlobal rəqabət gücünü artırmaq, beynəlxalq arenada tanınmasını genişləndirmək və nüfuzunu gücləndirmək barədə razılığa gəlinib.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *