AzTU rektoru qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərlə görüşüb
1 min readAzərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlər və onların valideynləri ilə görüşüb.
Rektor universitetdə görülən işlər və həyata keçirilən layihələr, ikili diplom proqramları, beynəlxalq və yerli əməkdaşlıqlar, universitet-sənaye işbirliyi, tələbələr üçün yaradılan karyera imkanları barədə abituriyentlərə məlumat verib.
Daha sonra abituriyentlərin seçəcəkləri ixtisaslarla bağlı onları maraqlandıran suallar cavablandırılıb.
Daha sonra Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlər Azərbaycan Texniki Universitetinə (AzTU) ekskursiya edib.
Abituriyentlərə AzTU-da görülən işlər, həyata keçirilən layihələr, ikili diplom proqramları, beynəlxalq əlaqələr və s. barədə ətraflı məlumat verilib.
Daha sonra abituriyentlər AzTU-nun kampusu ilə tanış olub, laboratoriya və auditoriyalara baxış keçiriblər.