AzTU ali təhsil müəssisələrinin sərgisində təmsil olunur

1 min read

Azərbaycan Texniki Universiteti (AzTU) Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə keçirilən ali təhsil müəssisələrinin sərgisində təmsil olunur.

Sərginin keçirilməsində məqsəd ixtisas seçimindən öncə abituriyentləri ali təhsil müəssisələrinin mövcud imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərməkdir. Ziyarətçilər sərgidə AzTU nümayəndələri ilə birbaşa ünsiyyət quraraq ixtisaslar, tədris proqramları, maddi-texniki baza, təhsil haqqı, güzəştlər, təqaüd proqramları və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab tapmaq imkanına malikdirlər.

Sərgi çərçivəsində əvvəlcədən təyin olunmuş zallarda və saatda AzTU-nun abituriyentlər üçün daha geniş formada təqdimatı nümayiş etdirilir.

Qeyd edək ki, sərgidə ölkəmizdə fəaliyyət göstərən 40-a yaxın dövlət və özəl ali təhsil müəssisəsi, həmçinin müxtəlif qurumların stendləri yer alıb.

Sərgi 2 avqust 2024-cü il tarixinə kimi davam edəcək.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir