Azərbaycan Texniki Universitetində Novruz festivalı keçirilib

1 min read

Azərbaycan Texniki Universiteti (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Novruz festivalı keçirilib. 

Festival çərçivəsində “Cığır” Mənəvi Dəyərlərin İnkişafına Dəstək İctimai Birliyinin dəstəyi ilə valideyn himayəsindən məhrum olmuş uşaqların əl işlərindən ibarət sərgi nümayiş olunub. 

Festival iştirakçılarını salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev baharın gəlişi münasibətilə təbriklərini çatdırıb.

AzTU THİK-in sədri Mirməhəmməd Ələkbərli“Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Aynurə Salmanlı festivalla bağlı tədbir iştirakçılarına ətraflı məlumat veriblər.

Bir tərəfdə Kosa ilə Keçəlin şən zarafatları, digər tərəfdə isə tələbələrin hazırladığı Novruz xonçaları festivala daha da gözəllik qatıb.

Minlərlə gəncin iştirak etdiyi festival konsert proqramı ilə davam edib.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir