Bilişim Vadisinin baş icraçı direktoru AzTU-da olub

1 min read

Bilişim Vadisinin baş icraçı direktoru Erkam Tüzgenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Texniki Universitetinə (AzTU) səfər edib.

Qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyev və universitetin nümayəndələri ilə görüşüblər.

Görüşdə AzTU-da fəaliyyət göstərən “Bilişim Vadisi Bakı”ya üzv olan rezident şirkətlər, burada görülən işlər, startap yarışmaları və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Həmçinin gələcək əməkdaşlıq istiqamətləri müzakirə olunub.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *