AzTU 9-cu Avrasiya Beynəlxalq Ali Təhsil Sammitində təmsil olunur

1 min read

Türkiyənin İstanbul şəhərində Avrasiya Universitetlər Assosiasiyasının (EURAS) təşkilatçılığı ilə 9-cu Avrasiya Beynəlxalq Ali Təhsil Sammiti (EURIE-2024) keçirilir. Sammitin təşkil olunmasında məqsəd Türkiyənin ali təhsil sektorunu dünyaya tanıtmaqdır.

67 ölkədən nümayəndənin qatıldığı sammitdə Türkiyə ilə yanaşı, Amerika, Avropa, Asiya və Afrikadan olan təhsil şirkətləri, o cümlədən 2 mindən çox rektor, akademik heyət və sahibkar iştirak edir.

İstanbul Lütfi Kırdar Konqres Mərkəzində təşkil olunan sammitdə Azərbaycan Texniki Universiteti (AzTU) rektor Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Nümayəndə heyətində beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah, Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Öyrənmə Məktəbinin direktoru Aynurə İsmayılova iştirak edir.

Sammit çərçivəsində təşkil edilən sərgidə AzTU-nun stendi də nümayiş olunur. Sərgi zamanı müxtəlif universitetlər və təkilarlarla əməkdaşlıqla bağlı müzakirələr aparılır.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *