XX ƏSRİN QANLI FACİƏSİ XOCALI

22 min read

Dərin ürək ağrısı ilə qeyd etməyə bilmirsən. Ermənilər rusların 366-cı alayının köməyi ilə Xocalını yerlə yeksan etdikdən sonra bu vəhşilikləri lentə alaraq bütün dünyaya müsəlman azərbaycanlıların xristian ermənilərə qarşı vəhşilikləri adı altında yayırdılar. Azərbaycanın o zamankı rəhbərliyinin göstərişi ilə Məkəzi İnformasiya  Agentliyi isə baş verənləri malalayaraq elə bir ciddi hadisənin baş vermədiyini, hərbi toqquşmalar nəticəsində 4 azərbaycanlının həlak olması haqqında yazırdı. Amma məsələnin daha ibratəmiz tərəfi ondadır ki, ermənilərin bu təbliğat həyasızlığının nümunəsi olan videoçarxı alan o zamanki Roma papası II İohan Pavel dərin bir sarsıntı içərisində ermənilərə yazırdı: “Sizlərin Xristian dünyasının forpostu kimi xristian dəyərləri uğrunda necə fədakarlıla mübarizə apardığınızdan vəcdə gəldim. Ümid edirəm ki, heç olmasa bir gün həmin torpaqlara  gəlib bu əzəmətli mübarizəni aparan qəhrəmanlarının  əziz xatirələri önündə baş əymək səadəti mənə nəsib olacaq”.

Bu yerdə o zamankı SSRİ prezidenti M.Qorbaovun, Kreml siyasi elitasının, Sovet Ordusu və onun yerlərdəki  hərbi hissələrinin adını çəkmədən keçinmək olmur. Çünki onların bu dəhşətli qığınına görə ya siyasi məsuliyyətləri, ya da birbaşa rolları var. Məsələn, o zamankı müdafiə naziri G. Yazov bu yaxınlarda verdiyi mühasibələrindən birində M.Qorbaçovun Ermənistanın mədəniyyət xadimləri ilə görüşünü xatırlayır və qeyd edir ki, o, S. Kaputikyanın Dağlıq Qarabağ bağlı növbəti ahu – zarına həvəslə qulaq asaraq “Siz yəqin ki, Artsaxı nəzərdə tutursunuz” replikasını atıb. M. Qorbaçovun bu replikasından vəcdə gələn bu qoca şovinist “Siz hətta Qarabağın tarixi adını da bilirsiniz” deyərək bu təftişçi baş kommunistə təzim edir. Yəqin ki, R.Oorbaçova orada olsaydı daha ürəkbulandırıcı sözlər söyləyərdi. Bu səbəbdən də onların bu və digər sözləri  Xocalı soyqırımına aparan yollar barədə müəyyən ipucları verir. Bu ölkənin demokrat kommunisti B. Yeltsin Dağlıq və bütün  Qarabağda erməni dərəbəyliyinin baş alıb getməsinə nəinki siyasi, həm də hərbi dəstək verib.  İlk dövrlərdə muzdlu rus əsgəri xidmətlərindən yararlanan ermənilər, sonradan bu cinayət şəbəkəsini daha da genişləndirirərək beynəlxalq muzdulu dəstələri də onların sıralarına qatırlar. Bu torpaqlarda  dislokasiya olunan rus qoşunları və muzdulu dəstələr azərbaycanlılara qarşı əməliyyatlardan milyonlarla rubl pul qazanırdılar.Dinc əhaliyə qarşı qırğınlarla barışmayaraq ağ bayraq qaldırıb azərbaycanlılar tərəfə keçən 366-cı alayın 3 əsgərinin verdiyi məlumata görə:

1) Azərbaycanlıların yaşayış məntəqəsinə 1 top atəşi – 1300 rubl,

2) BTR-in bir gecəlik icarəsi – 5 min rubl,

3) Piyadaların Döyüş Maşını – PDM-dən ibarət 6 döyüş qrupunun bir hərbi əməliyyatı üçün – 1 milyon 500 min rubl,

4) Kiçik rütbəli zabitlərin təlimatlarına – 4 min rubl və sair ödənilirdi…

Yadıma çeçenlər ruslara qarşı müharibədə yenildikdən sonra  Dağıstanın Kizliyar şəhərinə 8 Mart qadınlar bayramı ərəfəsində gül aparmış bir həmyerlimizin danışdıqları düşür. Onun dediyinə görə, kiçik bazarda yeganə gülsatan olduğuna görə, ona podpolkovnik rütbəsində içgilibir rus hərbiçisi yanaşır  və bütün güllərini aldığını və buradan ötən hər qadını qərənfillə təbrik edəcəyini deyir. O, 2-3 saat ərzində onun güllərimi paylayıb qurtarır və sonra da nə qədər pul ödəyəcəyini bildirir.  Çatacaq pulun miqdarını söylədikdən sonra rus hərbçisi ciblərindən xeyli pul çıxarıb təkəbbürlə piştaxtanınm üstünə atır və amiranə bir tərzdə nə qədər lazımdırsa götüməsini  istəyir. O isə ona çatacaq pulları sayıb götürür və qalan pulları podpolkovnikə qaytarır. Həmyerlimizin halallığını görüb söhbətə girişən rus zabiti  hətta onu qonaqlığa dəvət edir. Həmyerlimiz ondan bu qədər səxavətliliyin səbəbini soruşur. Məlum olur ki, podpolkovnikÇeçenistanda bir artilleriya alayının komandiridir. Onun alayı çeçen kəndlərini bir-bir mühasirəyə alır və kənd ağsaqqallarına elçi göndərib  müəyyən məbləğdə pul müqabilində kəndi top atəşinə tutmayayacağını bildirirmiş. Xəracı verməyən kəndlərin  halı isə fəna olurmuş. Beləcə bu topçu komandir günahlarını yumaq naminə səxavət kisəsinin ağzını açıbmış.

Yenə də yadıma məşhur dramaturqumuz C.Cabbarlının “1905-ci il” pyesindəki “atan kazaklardır” ifadəsi düşür. O zamanki 1905-1907- illərin erməni-müsəlman davasında bu ərazilərə yerləşdirilmiş rus kazaklarının hansı oyunlardan çıxdığnı son vaxtlar üzə çıxmağa başlayan arxiv materialları  da sübut edir.  Məsələn, 1905-ci il faciələrinin canlı şahidi olan erməni Ohanis Apresyan xatirələrində yazır: “Qarabağda guya sakitliyi bərpa etmək üçün gəzən atlı kazaklar biz ermənilərə deyirdilər ki, gündüz vaxtı biz öz vəzifəmizi yerinə yetiririk, sizin azərbaycanlılara hücum etməyinizə yol verə bilmərik. Amma axşama doğru vəzifəmiz bitir, evlərdə qonaq oluruq. Sizin bayırda nə iş görməyiniz daha bizi maraqlandırmır.

Bu sözdən sonra bizimkilər silahlanaraq türk məhəllələrinə hücuma keçdilər… Qapılar qırıldı və evlərdəki ən son türk öldürülənə qədər qırğınlar davam etdi. Fəryad səsindən qulağımı tıxamağa məcbur olurdum…”

Ötən əsrdə ermənilər Xocalını yer üzündən silmək üçün üç soyqırım həyata keçiriblər. 1905-1906, 1917- 1920 və nəhayət 1992-ci illərdə. Ermənilər hədəf kimi niyə məhz Xocalını seçirdilər? Niyə ermənilər Azərbaycanın torpaqlarını özününküləşdirmək üçün birinci növbədə Xocalını yer üzündən silmək istəyirdilər? Ona görə ki, bütövlükdəDağlıq Qarabağ, o cümlədən də, Xocalı Azərbaycanın mədəniyyət tarixidir.   Beləki bura 3500 il yaşı olan abidələr, kurqanlar, yüksək sivilizasiyadan xəbər verən saxsı qablar, silahlar, qızıl-zinət əşyaları, şüşə parçaları ilə məşhur idi. Bu şəhərdə eradan əvvəl XIV -VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşirdi, son bürünc və ilkin daş dövrünə aid dəfn abidələri – sandıq qəbirlər, kurqanlar və nekropollar tapılmışdı. Bu gündə həmin bölgənin Azərbaycana məxsusluğunu  saysız-hesabsız  tarixi və mədəniyyət abidələri ilə sübut etmək olar. Bu soyqirimı  ermənilərə  bu torpaqların onlara  aid olmadığını  sübut edən faktlardan birdəfəlik xilas olmaq üçün lazım idi. Necə ki, bir az aralıdakı Azıx mağarasında Azərbaycanlı arxeoloq Ziyyədin Göyüşov tərəfindən aşkar olunmuş qədim insanın çənə sümüyü kimi.

Ermənilər bu yaşayış məntəqəsini məhv etməklə bir tərəfdən Azərbaycan tarixinin önəmli səhifələrindən birini silməyə çalışırdılarsa, digər tərəfdən işğal planlarını həyata keçirmək üçün qarşılarındakı ən böyük maneəni aradan qaldırmaq istəyirdilər. Çünki Xocalı həm də strateji baxımından çox əhəmiyyətli mövqedə yerləşirdi. Xocalı rayonu şimaldan və şimal-şərqdən Kəlbəcər və Ağdam rayonları, qərbdən Laçın rayonuyla həmsərhəd idi. 946 kvadrat kilometr ərazisinin 40 faizi meşəlik olan Xocalı rayonunun qərb sərhədi boyunca Kiçik Qafqaz dağları uzanırdı. Rayonun ən yüksək zirvəsi 2843 metr hündürlüyü olan Qızqala və 2827 metr hündürlüyü olan Qırxqız dağlarıydı. Rayonda 100 çarpayılıq xəstəxana, 28 tibb məntəqəsi, 30 məktəb, 36 kitabxana, 13 mədəniyyət evi, 31 klub, 37 kinoqurğu vardı.

Ən əsası isə Xocalı Ağdamdan Qarabağın tacı olan Qalaya – əzəmətli Şuşaya gedən yolun üstündə, Xankəndinin 10 kilometrliyində yerləşirdi.Ermənilər Şuşaya həmlə etmək istəyəndə sinəsini qabağa verən Xocalı olurdu – Xankəndi istiqamətində atəş açmaqla düşmənin irəliləməsini əngəlləyirdi…

Rusiyadakı 1905-1907 inqilabının yaratdığı hərc-mərclikdən yararlanan ermənilər yenə Qarabağda azərbaycanlılara qarşı qətliamlara başladılar. Səbəb kimidə Şuşa şəhərindəki Cıdır düzüdə at çaparkən yıxılıb üz-gözündən xəsarət almış ermənini erməni məhəllələrində gəzdirilərək onun türklər tərəfindən bu hala salınması haqqında yayılan şailər oldu. Bu dəfə də hədəf kimi təkcə Şuşa azərbaycanlıları deyil Xocalı da seçildi. Aylarla davam edən vəhşi hücumlarla bu kəndi yerlə-yeksan etməyə çalışdılar. Amma qəhrəman xocalılar müqavimət göstərib kəndlərini qoruya bildilər. Ancaq   ermənilər Qarabağın və ümumiyyətlə, Qafqazın ən qədim xalqı olan azərbaycan türkləri haqda hər şeyi, həmçinin onun mədəniyyət tarixini silməkdə israrlıydılar.

10 il sonra, yəni 1917-ci ildə ardıcıl davam edən rus inqilablarının yaratdığı qarışılıqlardan  istifadə edən ermənilər  azərbaycanlılara qarşı törətdikləri soyqırım yenə də Xocalıdan başladı. Qırğınlardan yenicə özünə gəlməyə başlayan Xocalı 1917-20-ci illərdə bir daha qanına qəltan edildi. Türkiyənin Qars, iğdır, Cənubi Azərbaycanın Urmiya, Ərdəbil vilayətlərini, indi Ermənistan adlanan Qərbi Azərbaycanı və bütün Azərbaycanı əhatə eləyən bu qırğınların səbəbkarlarından biri Stepan Şaumyan xatirələrində yazırdı: “Biz ələ düşən ilk bəhanədən, atlı dəstəmizin üzərinə basqın cəhdindən istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik. Bizim Bakı Sovetinin yaxşı silahlanmış 6 min nəfər əsgərimiz vardı. Üstəlik, Daşnaksütun partiyasının 4 min nəfərlik silahlı milli hissələri də bizim sərəncamımızda idi. Sonuncuların vətəndaş müharibəsində iştirakı bu müharibəyə milli qırğın xarakteri verdi. Lakin bu milli qırğından qaçmaq mümkün deyildi…”

Stepan Şaumyanın “qaça bilmədiyi” bu milli qırğınların ümumi nəticəsi olaraq yüz minlərlə Azərbaycan türkü qətlə yetirildi, Azərbaycanın tarixi torpaqlarında Ermənistan adlanan dövlət yaradıldı və bu torpaqlarda yaşayan  yarim milyondan çox azərbaycan türk amansızlıqla qətlə yetirildi. Bütünlüklə, Qars, İğdır, Urmiya, Ərdəbil, Qərbi Azərbaycan, Qarabağ da daxil olmaqla     Azərbaycanın əksər əyalətlərini əhatə edib Bakı və Qubaya qədər uzanan ermənilərin azərbaycanlılara qarşı soyqırımında 2 milyondan çox insan qətl edildi.Buraya  1828-ci ildən başlayaraq 5 dəfə həyata keçirilən deportasiya  qurbanlarını da əlavə etsək erməni qətliamlarının qurbanlarının sayı 2,5 milyona çatar.1905 – 1920-ci illərdə azərbaycanlılara qarşı bu terroru rus hərbi birləşmələrinin tərkibində olan 100 minlik “Zinavrlar” ordusu,  “Çetnik” və “Xmbabet” hərbi-terror dəstələri, rus silahlarıyla silahlandırılan Andronikin “könüllülər korpusu” və daşnakların 40 minlik silahlı qüvvələri həyata keçirmişdilər…

1920-ci ilə qədər olan bütün bu qırğınlardan – dəfələrlə törədilən yanğınlardan, qırğınlardan sonra da Xocalını yer üzündən silmək mümkün olmadı. Xocalı yenidən insan nəfəsiylə isindi, genişləndi, böyüdü, şəhərə çevrildi.

Sonuncu, üçüncü həmlə isə 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə baş verdi. Bu dəfə 7 min nəfərlik Xocalı şəhərini ermənilər bütövlükdə məhv eləməyi bacardılar, yüzlərlə günahsız insan vəhşicəsinə qətlə yetirildi, uşaq, qadın, ağsaqqal, ağbirçək demədən hamısını qırdılar, qətlə yetirdikləri insanları meyitlərini təhqir etdilər. Bütün bu vandalizm aktları  Rusiyanın 366 –cı motoatıcı diviziyasının fəal iştirakı ilə həyata keçirildi.. Erməni hərbi birləşmələri ilə sıx münasibətdə olan 366-cı diviziyanın komandiri Zarviqorov Yuri 366-cı polkunun yardımına görə  məzənnələr də müəyyənləşmişdi.Son əməliyyata isə ermənilər daha çox vəsait xərcləməli olmuşdular.ç1992-ci il fevralın 16-da komandir Zarviqorovun razılığı ilə 366-cı alayın nəzdində “Klukin, erməni cəbhəsi” adlı rota yaradılır. Rotanın əsgərləri Livan, Amerika, Kanada, İran, İsveç və Hollandiyadakı erməni icmaları tərəfindən göndərilən ermənilərdən, silahları isə 366-cı alayın texnikasından ibarət olur. Bu rotaya Xaçik Vartanyan adlı qan içən başçılıq edir.Fevralın 17-də isə Livandan gətirilən “muzdlu” qızlardan ibarət “Şuşanik” snayperlər dəstəsi yaradılır və diviziyanın tərkibinə qatılır.

Bütün hazırlıqlar Xocalını məhv etməyə yönəlmişdi. Ancaq bu hazırlıqlara baxmayaraq, ermənilər Xocalıya döyüşə-döyüşə girməyə cəsarət etmədilər.

Xocalıya hücumu 366-cı diviziya həyata keçirdi.Fevralın 25-də, gecə saat 23 radələrində 366-cı diviziya 11 istiqamətdən – Həsənabad kəndindən, təyyarə limanının şərqindən, İncik təpədən, donuzçuluq kompleksi istiqamətindən, Qarqar çayının sol və sağından, Daşbulaq və Norqux yollarından, Daştəpə, Bozdağ və Əsgəran tərəflərdən Xocalıya hücuma keçdi. “Qrad” və “Uraqan” raket- artilleriya qurğularının güclü atəşi ilə müşayiət olunan bu hücumun qarşısında cəmi 12 avtomatı olan 30 nəfərlik özünümüdafiə batalyonunun əsgərləri və təyyarə limanını qoruyan 50 nəfərlik milis işçiləri dayana bilmədilər.Ətraf aləmdən tamamilə təcrid olunan Xocalını 366-cı motoatıcı diviziya işğal etdi, onların ardınca gələn erməni hərbi birləşmələri isə yerli əhaliyə qarşı qırğınlar törətməyə başladı…

Silahsız əhaliyə – qocaya, uşağa, hamilə qadına qarşı işgəncə rusların zabit şərəfini ləkələyən faktlar idi.Bu soyqırım nəticəsində 613 nəfər şəhid oldu, onlardan 56 nəfər xüsusi qəddarlıqla və işgəncələrlə öldürüldü. 27 ailə tamamilə məhv edildi. 230 ailə başsız qaldı. 1275 nəfər əsir düşdü.Öldürülənlər arasında qulağı kəsilənlər, başının dərisi soyulanlar vardı.

Xocalı bir əsrdə üçüncü dəfə erməni vəhşiliklərinin qarşısında aciz qaldıvə əvvəlkilərdən fərqli olaraq, bu dəfə ayağa qalxa bilmədi.

Xocalı soyqırımında iştirak edən hərbi hissələrin birinin əks-kəşfiyyat şöbəsinin rəisi, polkovnik V.Savelyev erməni terror təşkilatlarıyla Rusiya qoşun birləşmələrinin Dağlıq Qarabağda keçirdiyi hərbi əməliyyatların şərhini verdiyi “Məxfi arayış”ında yazır:”Mən bütün bunları yazmaya bilmərəm. İnsanların, uşaq və qadınların, hamilə qadınların güllədən keçmiş bədənlərini unuda bilmərəm. Qoy azərbaycanlılar məni bağışlasınlar ki, bütün bu qanlı və amansız sonluğu olan hadisələrdə əlimdən heç nə gəlmədi. Təkcə yazdığım arayışı həm Kremlə, həm də SSRİ Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin generallarına göndərdim. Oxuyun, dedim. Biz rusların zabit şərəfi görün necə ləkələndi”.

Ədalət naminə deyilməlidir ki,dünya mətbuatında da ermənilərin bu vəhşiliyi geniş işıqlandırılırdı. Məsələn,Fransanın “Krua İ-Evenaman” jurnalı 29 fevral 1992-ci il sayında yazırdı: ”Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala salınmış meyitlərin şahidi oldu. Azərbaycanlılar minlərlə ölənlər barədə xəbər verirlər.”  YenəFransanın “Le Mond” qəzeti 14 mart 1992-ci il) tarixli sayında yazırdı: “ Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və uşaqlar arasında skalpları götürülmüş, dırnaqları çıxarılmış 3 nəfəri görmüşlər. Bu, azərbaycanlıların təbliğatı deyil, bu, reallıqdır.”

İngiltərənin “Sandi-tayms” qəzeti 1 mart 1992-ci il tarixli sayında “ Erməni əsgərləri minlərlə azərbaycanlı ailəsini məhv etmişlər.”  “Faynenşl tayms” qəzeti isə 9 mart 1992-ci il tarixli sayında  “Ermənilər Ağdama tərəf gedən dəstəni güllələmişlər. Azərbaycanlılar 1200-ə qədər cəsəd saymışlar… Livanlı kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı daşnak icması Qarabağa silah və adam göndərir.Qəzetin 4 mart 1992-ci il sayında yer alan məlumatda Azərbaycanlıların çoxunun meyiti eybəcər hala salınmması, körpə qızın ancaq başının qalması faktı qeyd olunur. İngiltərənin “Valer aktuel” jurnalı (14 mart 1992-ci il): Bu “muxtar regionda” erməni silahlı dəstələri Yaxın Şərqdən çıxmışlarla birlikdə müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər. ASALA-nın Suriya və Livanda hərbi düşərgələri və silah anbarları var. Ermənilər yüzdən artıq müsəlman kəndlərində qırğınlar törədərək Qarabağdakı azərbaycanlıları məhv etmişlər…

Rusiya qəzetləri də baş verənlərə münasibət bildiriblər.  “İzvestiya” qəzeti 4 mart 1992-ci il tarixli sayında yazırdı ki,  “Videokamera qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir, kişilərin skalpları götürülmüşdür.

Həmin qəzet 13 mart 1992-ci il sayında mayor Leonid Kravetsin fikirlərinə yer verir: ” Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə xüsusi qəddarlıqla öldürülmüş qadın, uşaq, qocalar görünürdü.”

“İzvestiya” qəzetinin hadisə yerinə gələn müxbiri V.Bellax isə müşahidələrini belə qeyd etmişdi:”Ağdama dayanmadan meyitlər gətirilirdi. Tarixdə belə şeylər görünməmişdi. Meyitlərin gözləri çıxarılmış, qulaqları və başları kəsilmişdi. Bir neçə meyit zirehli maşınlara qoşularaq sürüklənmişdi. İşgəncələrin həddi-hüdudu yox idi…Xocalıda bir-birinin üstünə qalaqlanan və od vurulub yandırıldığı, traktorla kürünərək dərəyə yuvarladıldığı barədə məlumat verilən insanların itkin düşən xocalılar olduğunu söyləyirdilər.”

Bu faktları dünya ictimaiyyətinə çatdıran xarici qəzet və jurnalların sayı yüzlərlədir. Dünya ictimaiyyəti bütün faktları bilməsinə  baxmayaraq, yenə də işğalçını müdafiə etməkdə davam edir desək  yanılmarıq.

Qarabağ hadisələrinin provakatorlarından biri, türk dünyasının qatı düşməni  başabəla yazıçı Zori Balayan “Ruhumuzun dirçəlişi” adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdikləri soyqırım haqqında həyasızcasına  yazır:”Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq”. Bu qandonduran hadisələri özünü yazıçı adlandıran, əslində insanlıq simasını itirmiş bir cani yazırdı.

Daha bir erməni müəllif, hazırda Livanda məskunlaşmış yazıçı-jurnalist David Xerdiyan Xocalıda ermənilərin Azərbaycan türklərinin başına gətirdikləri müsibətləri “Xaç uğrunda” kitabında fəxrlə xatırlayır. Bu kitabın 19-76-cı səhifələrində müəllif Xocalı soyqırımından yazır:”Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstü ilə getmək istəmədim. Bunu görən polkovnik-leytnant Ohanyan mənə işarə etdi ki, qorxmayın. Mən ayağımı 9-11 yaşlı qız meyitinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi. Və mən beləcə 1200 meyitin üstündən keçdim”.

“Martın 2-də “Qaflan” erməni qrupu (meyitləri yandırmaqla məşğul olurdu) 2000-ə yaxın alçaq monqolun (türkün) cəsədini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 km-liyində yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs alır. Soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi.

Daha bir ürəkbulandırıcı hadisə 2019-ci ilin 20 yanvarında-azərbaycanlılar üçün məşum olan bir gündə baş verib. Həmin gün Gürcüstanın ermənilər yaşayan Axalkalaki vilayətinin Buqaşen kəndində Xocalı soyqırımının alçaq qaniçənlərindən biri, sonradan Azərbaycan əsgəri tərəfindən gəbərdilmiş “Kobra”  ləqəbli Mixael  Avaqyanin büstü açılıb. Vaxtilə, ermənilərdən ibarət “Baqration” batalyonunda abxalzr tərəfində gürcülərə qarşı döyüşmüş bu alçağın büstünün  açılmasına icazə vermiş Gürcüstan hökumətinin xain addımına təəccüblənməmək olmur.

İndi biz bütün dünyanı inandırmaq istəyirik ki, ermənilər Azərbaycan torpaqlarını işğal eləyiblər. Ancaq dünya ictimai rəyində pozitiv dəyişiliklər baş verməkdədir. Dünyanın əksər aparıcı dövlətləri yaxşı yaxşı bilir ki, azərbaycanlılar dəfələrlə soyqırıma.  deportasiyalara məruz qaliblar,  ermənilər işğalçıdır və BMT Azərbaycan torpaqlarının işğaldan azad olunmasıyla bağlı 4 qətnamə qəbul eləyib, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, 2013-cü ildən bəri ildə 2 dəfə keçirilən  NATO –nun Zirvə toplantıları,İsalam Əməkdaşlıq Təşkilatı, Qoşulmayanlar Hərəkatı bəyanat verərək Azərbaycana qarşı erməni təcavüzünü pısləmiş və Dağlıq Qarabağ problemini Azərbaycanın ərazi bütövlüyü çərçıvəsində həllini vurğulamışlar…

Burada Leyla Əliyevanın təşəbbüsü ilə başladilan “ Xocalıya ədalət” kompaniyasının dünya ictimai rəyinin məlumatlandırılmasına verdiyi töhfəni xüsusi qeyd etmək lazımdır. Məhz bu kompaniyanın nəticəsidir ki, ABŞ-ın 15 ştatının qanunvericilik məclisləri Xocalı soyqırımını tanıyıb, bir sıra ölkələrin parlamentləri, o cümləədən Türkiyə və Pakistan parlamentləri qırğını pisləyən qətnamələr qəbul edib.

Onu da qeyd edək ki, bu yaxınlarda dünyanın ən məşhur nəşrlərindən sayılan “National Geographic”in sosial şəbəkə hesablarında 1992-ci ildə erməni quldurlarının törətdiyi Xocalı qırğınından möcüzəli şəkildə sağ qurtulmağı bacaran azərbaycanlı qadın barədə informasiya yerləşdirilib. Nəşrin İnstaqram səhifəsi 61 yaşlı Azərbaycan vətəndaşı Elmira Allahverdiyevanın fotosunu bu sözlərlə paylaşıb:“Elmira Allahverdiyeva – 61 yaş. Xocalı qırğınından sonra sağ qalmağı bacaranlardan biridir. Foto 22 oktyabr 2017-ci ildə Azərbaycanın Goranboy rayonunda çəkilib”. Qeyd edilir ki, Xocalı qətliamında bu qadının əri, qardaşları, atası, anası öldürülüb, 25 qohumu isə itgin düşüb. Bu məşhur nəşrin 100 milyondan çox abunəçisi var.

Çinli istifadəçi “su_3640”: “Heç vaxt bu cür kədərli və dəhşətli hekayə eşitməmişdim. İnsanların bir-birilərini niyə öldürdüklərini anlamıram. Ailəsini və yaxınlarını itirmiş insanların həyatlarını davam etdirməsinin nə qədər çətin olduğunu, qatillərin gecələr özləri ilə necə üzləşdiklərini təsəvvürümə gətirə bilmirəm”.Çinli xanımın bu şərhinə “havk.exe” adlı istifadəçi cavab verib:“Bəli, ailən olmadan yaşamaq həqiqətən çətindir. Hadisə baş verəndə qış olub. Sağ qalanların çoxu donaraq ölüb. Onlardan biri yeməyə heç nə tapmadıqları üçün qar yediklərini söyləyib. Onlar meşədə 5 gün qar yeyiblər. Dünyadakı ən dəhşəti soyqırımlardan biridir

Gervorgm” adlı erməni istifadəçi nəşrin ünvanına xoşagəlməz sözlər işlədərək bütün erməniləri səhifəni izləməyi dayandırmağa çağırıb. Bu erməninin də cavabını “havk.exe” adlı əcnəbi istifadəçi layiqincə verib:

“Bu reallıqdır, dostum. Həqiqət budur ki, 26 fevral 1992-ci ildə Xocalıda dəhşətli soyqırımlardan biri törədilib. Ancaq siz ermənilər dünyanın bu barədə bilməsini istəmirsiniz. Siz terrorçusunuz!”

Pikriya Demektraşvili adlı gürcü qızı da Qarabağın Azərbaycan torpağı olduğunu bildirib:“Bütün Qarabağ Azərbaycan torpağıdır. Ermənilər başqalarının torpaqlarını işğal etməyi sevirlər”.

Ermənilər işğal etdikləri ərazilərimizdə, o cümlədən Xocalıda tarixi-mədəni abidələrimizi,ata-babalarımızın qəbirlərini artıq yer üzündən silipdağıdıp, bəzi daş qəbirlərin üzərini pozaraq erməni adları yaziblar.

Bunu Azərbaycanla Ermənistan arasında Sülh Platformasının üzvü, Ukraynalı məşhur arxeoloq  Tatyana Krup bu yaxınlarda  Axar.az saytına verdiyi açıqlamada və həmin qəbirlərdən birinin yanında çəkdirdiyi foto ilə təqdim edib. İşğal edilmiş ərazilərdə tarixi adların-toponimlərin dəyişdirilməsi ilə bağlı məlumatlar isə çoxdan xalqımıza məlumdur.

 

Qabil Hüseynli,

Azərbaycan Texniki Universitetinin professoru,

fəlsəfə elmləri doktoru

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir