AzTU İdman klubunun yetirməsi boks üzrə Azərbaycan çempionu olub

1 min read

Azərbaycan Texniki Universitetinin (AzTU) İdman klubunun yetirməsi Gülər Hüseynova boks üzrə Azərbaycan çempionu olub.

Gənclər və İdman Nazirliyinin Boks Federasiyası ilə birgə keçirdiyi ölkə birinciliyində Gülər Hüseynova 44 kq çəki dərəcəsində mübarizə apararaq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. O, bütün görüşlərində rəqiblərinə tam üstünlüklə qalıb gələrək ölkə çempionu adına layiq görülüb.

AzTU-nun rektoru Vilayət Vəliyev Gülər Hüseynova və onun məşqçisi AzTU İdman klubunun əməkdaşı İskəndər Rizayevlə görüşüb, qələbə münasibətilə təbriklərini çatdırıb.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir