AzTU-nun məsləhətçi professoru Yaponiyada mükafata layiq görülüb

1 min read

Azərbaycan Texniki Universitetinin (AzTU) Maşın dizaynı və sənaye texnologiyaları kafedrasının məsləhətçi professoru Rasim Əlizadə Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən IFToMM WC 2023 (International Federation for the Promotion of Mechanisms and Machine Science) 16-cı Dünya Konqresində xidmətlərinə, elmi nəticələrinə və beynəlxalq federasiyanın işinə effektiv rəhbərlik etdiyinə görə xüsusi ləyaqət mükafatına layiq görülüb.

Bundan başqa, Rasim Əlizadə konqresdə “İki məhdudiyyətli robot manipulyatorların struktur sintezi” mövzusunda məruzə ilə çıxış edib və IFToMM-un “Lingli mexanizmlər və mexaniki kontrol” texniki komitəsinə AzTU nümayəndəsi kimi üzv seçilib.

Biz də Azərbaycan Texniki Universitetinin (AzTU) Maşın dizaynı və sənaye texnologiyaları kafedrasının məsləhətçi professoru Rasim Əlizadəni Yaponiyanın paytaxtı Tokio şəhərində keçirilən IFToMM WC 2023 (International Federation for the Promotion of Mechanisms and Machine Science) 16-cı Dünya Konqresində xidmətlərinə, elmi nəticələrinə və beynəlxalq federasiyanın işinə effektiv rəhbərlik etdiyinə görə xüsusi ləyaqət mükafatına layiq görülməsi münasibətilə ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
“Ziya”

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir