AzTU-da Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçirilib

2 min read

Azərbaycan Texniki Universitetində (AzTU) 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın Dövlət Himni səsləndirilib.

Tədbirdə “AzTU TV”nin hazırladığı videoçarx nümayiş olunub.

Sonra AzTU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nərmin Rzayeva çıxış edərək Həmrəylik Günü və Yeni il münasibətilə təbriklərini çatdırıb.

Nərmin Rzayeva 2023-cü ildə AzTU-da görülən işlər, həyata keçirilən yeniliklərdən danışıb. Bildirib ki, universitet müxtəlif istiqamətlər üzrə uğurlara imza atıb və bu fəaliyyət növbəti illərdə də davam etdiriləcək. Qazanılan uğurlarda müəllim və tələbələrin fəaliyyəti xüsusi qeyd olunub.

Daha sonra AzTU-nun ictimai və sosial həyatında fəal iştirak edən tələbə, müəllim və əməkdaşlara təşəkkürnamə təqdim olunub.

Bayram tədbiri tələbələrin ifasında mahnı və rəqslərlə davam edib.

 

“Ziya”

 

.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir