AzTU-da Qazaxıstan Mədəniyyət Günü keçirilib

2 min read

Azərbaycan Texniki Universitetində (AzTU) akademik və inzibati heyətin iştirakı ilə Qazaxıstan Mədəniyyəti Günü qeyd olunub. Mədəniyyət Günü Bolaşaq proqramı çərçivəsində AzTU-da elmi təcrübə keçən Qazaxıstanın Qorqud Ata Qızılorda Universitetinin nümayəndələrinin təşkilatçılığı ilə keçirilib. Qorqud Ata Qızılorda Universitetinin Energetika sənayesi, texnosferin təhlükəsizliyi və ekologiya kafedrasının müdiri Gülnar Sıdıkova və İnformatika, informasiya və kommunikasiya texnologiyaları üzrə baş müəllimi Janna Asanova Qazaxıstanın milli geyimləri və adətlərini nümayiş etdirib, iştirakçıları milli təamlara qonaq ediblər.   

Tədbirdə həmçinin AzTU-nun rektoru Vilayət Vəliyev, professor-müəllim heyəti iştirak edərək Qızılorda Universitetinin nümayəndələrini elmi təcrübə proqramını uğurla başa vurmaqları münasibətilə təbrik edib və onlara sertifikat təqdim ediblər.

Qızılorda Universitetinin nümayəndələri təcrübə müddətində yerinə yetirdikləri işlər və akademik heyətlə birgə planlaşdırılan yeni əməkdaşlıqlar barədə rektora və AzTU nümayəndələrinə məlumat verib.

Tədbir zamanı Qazaxıstanın qarşıdan gələn Müstəqillik Günü münasibətilə də təbriklər səsləndirilib və iki universitet arasında əməkdaşlığın yeni istiqamətlər üzrə inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb.

“Ziya”

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *