AzTU-da Ulu Öndərin anım gününə həsr olunan tədbir keçirilib

2 min read

Azərbaycan Texniki Universiteti (AzTU) və Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsinə ehtiramlarını bildiriblər. 

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub.

AzTU-nun Heydər Əliyev Mərkəzində davam edən anım tədbirində Ulu Öndərin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın Dövlət Himni səsləndirilib.

AzTU-nun rektoru Vilayət Vəliyev ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb. Bildirib ki, məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrildi. Müasir Azərbaycanın qurucusu və memarı olan Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövrlərdə bütün sahələr kimi elmin, təhsilin, mədəniyyətin inkişafını hər zaman diqqət mərkəzində saxlayıb. Onun idarəçilik məktəbi bu gün də gənc nəslin formalaşmasında mühüm rol oynayır. Rektor bildirib ki, Ulu Öndərin siyasi kursunu onun layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyev uğurla davam etdirir. Prezident İlham Əliyev Ulu Öndərin bütün vəsiyyətini yerinə yetirib. Ali Baş Komandan həm siyasi arenada, həm də döyüş meydanında Azərbaycanın gücünü dünyaya sübut etdi.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Ulu Öndərin Azərbaycan tarixində oynadığı mühüm roldan söhbət açıb. Bildirib ki, ümummilli lider Heydər Əliyev həyatını xalqın xoşbəxt gələcəyinə həsr edib. Onun azərbaycançılıq fəlsəfəsi, dövlətçilik irsi və gördüyü böyük işlər hər zaman qürurla xatırlanacaq.

Daha sonra çıxış edən ADPU-nun kafedra müdiri professor Fərrux Rüstəmov da ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişafı yolunda tarixi xidmətlərindən danışıb, onun əziz xatirəsinin daim qəlblərdə yaşayacağını qeyd edib.

“Ziya”

 

.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir