Turxan Süleyman Elm və ali təhsil siyasəti şöbəsinin müdiri vəzifəsinə təyin olunub

1 min read

TƏBRİK EDİRİK!

Birinci “Yüksəliş” müsabiqəsinin qalibi Turxan Raquf oğlu Süleyman Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

“ZiM.Az”-ın məlumatına görə, bu barədə müvafiq əmr imzalanıb.

Qeyd edək ki, 35 yaşlı şöbə müdiri Turxan Süleymanov 1988-ci ildə anadan olub. Bakı Slavyan Universitetinin Regionşünaslıq (regionlar) ixtisası üzrə bakalavr, Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər ixtisası üzrə magistratura və doktorantura məzunudur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində baş müəllim və şöbə müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki,  bu vəzifədən əvvəl Turxan Süleymanov Elm, ali və orta ixtisas təhsili şöbəsinin Elm sektorunun müdiri vəzifəsini tuturdu.

Turxan Süleymanovdan əvvəl Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri vəzifəsini Yaqub Maksim oğlu Piriyev icra edib. O, bu ilin sentyabr ayında Bakı Mühəndislik Universitetinin rektoru təyin olunub. Oktyabrın 4-dən isə həmin vəzifəni Turxan Süleymanov icra edirdi.

Turxan müəllimi yeni vəzifəyə təyin olunması münasibətilə ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az

.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir