Salyanda Xalq şairi Məmməd Arazın 90 illiyi qeyd edilib
2 min readSalyan Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Xalq şairi Məmməd Arazın anadan olmasının 90 illiyi münasibətilə tədbir keçirilib.
Tədbir Salyan Rayon İcra Hakimiyyətinin və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə baş tutub.
Əvvəlcə unudulmaz şairin həyat və yaradıcılığına həsr olunan videoçarx nümayiş etdirilib.
Mərasimdə Salyan Rayon İcra Hakimiyyəti başçısının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Məhərrəm Məmmədov, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli, Azərbaycan Yazıçılar Birliyinin Muğan Bölməsinin sədri yazıçı-publisist Nəbi İbrahimov, Salyan rayon “Qələbə” qəzetinin əməkdaşı şair-publisit Əzizağa Məmmədli, Salyan şəhər 2 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi, Dilçilik İnstitutunun dissertantı Günel Orucova çıxış edərək Azərbaycanın milli istiqlal şairi Məmməd Arazın yubileylərinin daim ölkəmizdə yüksək səviyyədə qeyd edildiyini bildiriblər.
Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyev Xalq şairi Məmməd Araz yaradıcılığına və şəxsiyyətinə daim yüksək qiymət vermişdir. Onun fəaliyyəti Ulu Öndər tərəfindən “İstiqlal” ordeni ilə qiymətləndirilmişdir. Şairin Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərini nəzərə alan Prezident İlham Əliyev də görkəmli sənətkarın xatirəsinin əbədiləşdirilməsi, yubileylərinin keçirilməsi haqqında sərəncamlar imzalamışdır.
Diqqətə çatdırılıb ki, yaradıcılığında əsasən Vətən, torpağa bağlılıq, vətəndaşlıq, vətənpərvərlik mövzularına müraciət edən şairin poeziyası bu gün də aktuallığını qoruyub saxlayır, onun şeirlərinə mahnılar yazılır və dillər əzbəridir. Azərbaycan ədəbiyyatının böyük ustadlarından olan Məmməd Arazın sənəti, yaradıcılığı, əsərləri hər zaman yaşayacaq və müstəqil dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edəcək.
Daha sonra tanınmış şair Zabil Pərviz Məmməd Araz ilə unudulmaz görüşlərindən danışıb, onunla bağlı xatirələrini bölüşüb. O, şairin poeziyasının bənzərsiz olduğunu qeyd edib.
Tədbir bədii hissə ilə davam etdirib.
Bədii hissədə Məmməd Arazın müəllifi olduğu şeirlər səsləndirilib, şeirlərinə bəstələnmiş mahnılar ifa olunub.
“Ziya”
.