AzTU-da SABAH qrupları tələbələri üçün təhsil təqaüd proqramının açılış mərasimi keçirilib

1 min read

Azərbaycan Texniki Universiteti (AzTU) SABAH qrupları, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “IT Brains Academy” və “Technest University”nin tərəfdaşlığı və dəstəyi ilə “InnoFusion: Fueling Digital Success” təhsil təqaüd proqramının açışı olub.

Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, SABAH İcra Komitəsinin rəhbəri Eldar Qocayev, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin layihə meneceri Gülnar Mirhüseynova, “IT Brains Academy”nin təsisçisı Orxan Məmmədov çıxış edərək proqramın iştirakçılarına uğurlar arzulayıblar.

Qeyd olunub ki, proqramın məqsədi SABAH qruplarında təhsil alan tələbələrə informasiya texnologiyaları, proqramlaşdırma, dizayn və rəqəmsal marketinq sahələri üzrə qısa müddətdə fundamental biliklər öyrətmək, onların gələcək karyeralarının inkişafına dəstək olmaqdır.

3 ay davam edəcək ödənişsiz təlimlərdə 180 tələbənin iştirakı nəzərdə tutulub.

Xatırladaq ki, bu “IT Brains Academy”nin SABAH qrupları tələbələri üçün təşkil etdiyi ikinci ödənişsiz təlimdir.

“Ziya”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *