AzTU-da “Təməl həyat dəstəyi” mövzusunda təlim keçirilib

1 min read

Azərbaycan Texniki Universiteti (AzTU) və 1 nömrəli Bakı Tibb Kollecinin (1BTK) TGT-lərinin təşkilatçılığı ilə “Təməl həyat dəstəyi” mövzusunda təlim keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrundan canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

AzTU TGT-nin sədri Ruslan Qənbərov və 1BTK TGT-nin sədri Elnur Həsənbəyli təlim haqqında tələbələrə ətraflı məlumat veriblər. Qeyd olunub ki, hər bir şəxs bilik və bacarıqlarını inkişaf etdirməklə yanaşı, sağlamlığının da qeydinə qalmalı və ilkin tibbi yardımla bağlı zəruri məlumatları bilməlidir.

Daha sonra kollecin əməkdaşları suda boğulma, venoz qanaxma, epileptik tutmalar və digər təhlükəli məqamlar zamanı xəstəyə edilən ilkin tibbi yardım haqqında məlumat veriblər.

Təlimin sonunda tələbələrin sualları cavablandırılıb.

“Ziya”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *