İyul 2, 2025

AzTU-da Novruz şənliyi keçirilib

1 min read

Azərbaycan Texniki Universitetində (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Novruz şənliyi keçirilib.

Tədbirdə AzTU-nun rəhbərliyi, müəllimləri və tələbələri iştirak ediblər.

Əvvəlcə fakültələrin və tələbə təşkilatlarının Novruz bayramı münasibətilə hazırladıqları stendlərə baxış keçirilib.

Tədbirdə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev Novruz bayramı münasibətilə təbriklərini çatdırıb. Rektor UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilmiş Novruz bayramının tarixindən, onun milli birlik və həmrəylik bayramı olmasından, müxtəlif xalqları birləşdirməsindən danışıb.

Daha sonra universitetin sosial-ictimai həyatında fəallıq nümayiş etdirən tələbələr fəxri fərmanla təltif olunub.

Novruzun personajları keçəl və kosanın məzəli əhvalatları da alqışlarla qarşılanıb.

Tədbir konsert proqramı ilə davam edib.

Sonda Novruz tonqalı qalanıb.