AzTU-nun rektoru Vilayət Vəliyevin 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təbriki

1 min read

Əziz xanımlar!

Sizi 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirəm!

Azərbaycan qadını tarixi mədəni irsimizin təşəkkülündə müstəsna xidmətlərə malikdir. Şərqdə elmin, təhsilin müxtəlif istiqamətləri üzrə ilk addımları atan Azərbaycan qadını yenilikçi ruha sahib olduğunu hələ o vaxtdan sübut edib. Azərbaycan qadını Vətənini sevən övladlar tərbiyə edən, ailə dəyərlərini qoruyan anadır.

Bu gün ölkəmizin bütün sahələrdə inkişafında Azərbaycan xanımlarının mühüm rolu var.

Əminəm ki, Azərbaycan xanımları ölkəmizin yüksəlişi naminə töhfəsini əsirgəməyəcək.

Bir daha hər birinizi təbrik edirəm, sizə cansağlığı, xoşbəxtlik arzu edirəm!

Bayramınız mübarək!

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *