AzTU-nun rektoru Gənclər üçün Prezident mükafatına layiq görülən AzTU məzunu ilə görüşüb

1 min read

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev
Gənclər üçün Prezident mükafatına layiq görülən
AzTU “SABAH” qruplarının məzunu
Şahin Xəlilovla görüşüb.

Görüşdə Prezident İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğı xüsusi vurğulanıb.
Rektor Vilayət Vəliyev Şahin Xəlilovun fəaliyyəti ilə maraqlanıb, Gənclər üçün Prezident mükafatına layiq görülməsi münasibətilə onu təbrik edib.

Qeyd edək ki, Şahin Xəlilov 2017-ci ildə AzTU “SABAH” qruplarını kompüter mühəndisliyi ixtisası üzrə fərqlənmə ilə bitirib. Daha sonra kompüter mühəndisliyi ixtisası üzrə Çində magistr təhsili alıb. Təhsil aldığı müddətdə “Azercell” Təqaüd Proqramının və “Seeds for the Future” proqramının qalibi olub. Onun yaratdığı “Wake me up” komandası “Ağıllı eynək” startapı ilə bir çox uğurlar qazanıb.

ZiM.Az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir