Ondan öyrənir və ona bənzəməyə çalışıram

Ondan öyrənir və ona bənzəməyə çalışıram Bayram müəllimlə eyni illərdə Gəncə Dövlət Pedaqoji İnstitutunda fərqli fakültələrdə təhsil almışıq; o, riyaziyyat fakültəsində, mən isə Azərbaycan dili və ədəbiyyatı fakültəsində… Təhsil illəri bitdi və biz öz doğma rayonumuza qayıtdıq. Aradan uzun illər keçdi. Biz Bakı şəhərində yenidən üz-üzə gəldik. Təbii ki, aradan keçən illər hər birimizin fiziki görkəminə yeni naxışlarını vurmuşdu. Saçlar ağarmış, tələbəlik illərinin şüvərək, sütül oğlanları qocamanlaşmışdı.

Ancaq Bakının gediş-gəlişi küçələrindən birində tale bizi yenidən üz-üzə gəldik və mən Bayram müəllimin həddindən artıq möhkəm yaddaşına heyran qaldım. O sıx, gediş-gəlişli, salamsız-kəlamsız ötüşüb gedən adamların arasında keçmiş tələbə yoldaşım məni əlbəəl tanıdı. Özünü xatırlatdı. Zəif yaddaşımın xəcalətini çəkə-çəkə ona minnətdarlıq etdim. Görüşüb-ötüşdük. Xatirələr dilə gəldi. Ömürdən keçib gedən illərin qısa təəssüratını bölüşdük. Bizi bir-birimizə daha çox bağlayan poeziyadan söz açdıq. Öyrəndim ki, bir neçə şeir kitabını çap etdirib. Çox sevindim. «Ədəbiyyat qəzeti»ndə bir yerdə çalışdığımız gözəl dost, şair Müsrəddin Kövrəklə yaxın qonşu olduğunu dedi. Sevincim ikiqat artdı. Şərtləşdik ki, tez-tez görüşək. Ancaq iş elə gətirdi ki, sonrakı görüşlərimiz də heç gözləmədiyimiz halda baş tutdu; bir dəfə qardaşım oğlunun qəbul imtahanı zamanı rastlaşdıq. Yenə də ilk olaraq o, mənə sarıldı. Ötən xatirələr yenidən təzələndi. Bir dəfə də Müsrəddin Kövrəkdən xahiş etdim ki, oğlum qəbul imtahanına hazırlaşır. Riyaziyyat fənnindən təcrübəli bir müəllimə ehtiyac var. Əgər belə birini tanıyırsa, əlaqə yaratsın. Dedi qonşum riyaziyyat müəllimidi. Danışaram. Danışdı və məlum oldu ki, bu, elə mənim tələbə yoldaşım Bayram müəllimdi. Mənim üçün daha da xoş oldu. Düz bir il o, oğlumu riyaziyyat fənnindən hazırladı. Təbii, riyaziyyatdan dərs keçirdi. Amma imkan olan kimi, fasilə zamanı biz poeziyadan söz açırdıq. Bayram müəllim mənə şeir və hekayələrini oxuyurdu. Bu zaman çox ciddi, tələbkar riyaziyyat müəllimi olan Bayram müəllim kövrək, səmimi bir uşağa, yeniyetməyə dönürdü. Riyaziyyat dərsi xeyli fasilə verməli olurdu. Və bütün bu müddət ərzində mən onu yenidən kəşf edirdim, ondakı sədaqət, etibar halallıq duyğusuna heyran kəsilirdim. Bu söhbətlərdə yaşayırdım. Həmin anlarda Bayram müəllim mənim özümə də böyük bir həyat dərsi verirdi. Heç özü də bilmədən mən o dərsi «əzbərləyirdim», ondan öyrənirdim. Sonra ailəvi gediş-gəlişlərimiz, yol söhbətləşmələrimiz, telefonlaşmamız, punhan zarafatlaşmalarımız başladı. Bayram müəllimlə ötən anlar Bakının mənə doğmalaşdırdı. Gedən yerim oldu.

Düzünü deyim ki, mən həyatımda öz halda Bayram müəllim kimi halal, gözü-könlü tox, ən problemli məqamda belə müvazinətini qoruya bilən, maarifçi adam görmüşəm. O, sözün həqiqi mənasında İnsan kimi yaşayanlardandır. Riyazi dəqiqliklə poetik, hissi ovqat onun varlığında bir araya gəlib. Son dərəcə arxayın, rahat, məsuliyyətli adamdı. Bu arxayınlıq ancaq poeziya haqqında söhbətin başlandığı yerəcəndi. Həmin yerdən Bayram müəllimin pak uşaq səmimiyyəti başlayır.
Təəssüf edirəm ki, sadəliyi ucbatından o, uzun müddət ədəbi aləmdən gen düşür, redaksiya qapılarını yağır etməyib. Öz pünhan dünyasında yaşayıb. Ancaq mən o səmimi aləmin, o gözəl xasiyyətin heyranıyam. Ondan öyrənir və ona oxşamağa çalışıram. Allah ömür versin versin, dostluqdan kəm olmasın.


Ondan öyrənir və ona bənzəməyə çalışıramSərvaz Hüseynoğlu,
Azərbaycan Yazıçılar Birliyi “Aran” bölməsinin sədri,
“Ədəbiyyat qəzeti” nin şöbə müdiri,
“Aran” jurnalının baş redaktoru


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
SARVAN BAYRAM FAXRALI (1921-1956)

SARVAN BAYRAM FAXRALI (1921-1956)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
Ruhun Şad olsun, Əli Bayram oğlu Əliyev!..

Ruhun Şad olsun, Əli Bayram oğlu Əliyev!..

Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Bayram Qaralov:  D E Y İ R

Bayram Qaralov: D E Y İ R

Borçalı, Başkeçid, Təbriklər
Tələbə sözü:

Tələbə sözü: "Əzmlə çalışacağam!..."

AzTU
Mənalı ömür yolu -- Bayram Abbasov - 65

Mənalı ömür yolu -- Bayram Abbasov - 65

"XXI əsrin Ziyalıları", Bolus
QURBAN BAYRAMIMIZ MÜBARƏK!..

QURBAN BAYRAMIMIZ MÜBARƏK!..

Tv, Təbriklər
VI sinif şagirdi LALƏnin şeirləri

VI sinif şagirdi LALƏnin şeirləri

Məktəblər, Gənc istedadlar
Etimad AYVAZOV:

Etimad AYVAZOV: "Var olsun elm adamları!"

"Elm və Təhsil", Bolus
GDU-nun kafedra müdiri Bəhram Mustafayev vəfat edib

GDU-nun kafedra müdiri Bəhram Mustafayev vəfat edib

Gəncə, Qarayazı, Nekroloqlar
AzTU-nun professoru xarici elmi nəşrin redaksiya heyətinin üzvü seçilib

AzTU-nun professoru xarici elmi nəşrin redaksiya heyətinin üzvü seçilib

AzTU
Bayram Qaralov:

Bayram Qaralov: "ŞAHİN"

Başkeçid
AzTU-nun professoru Bayram İbrahimov beynəlxalq konfransın bölmə sədri təyi ...

AzTU-nun professoru Bayram İbrahimov beynəlxalq konfransın bölmə sədri təyi ...

AzTU
DOSTUM  MÜŞFİQ BORÇALIYA  BAŞSAĞLIĞI ƏVƏZİ

DOSTUM MÜŞFİQ BORÇALIYA BAŞSAĞLIĞI ƏVƏZİ

Borçalı, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
ELXAN MƏMMƏDLİ:

ELXAN MƏMMƏDLİ: "DİLÇİLİK ELMİMİZİN YORULMAZ VƏ MƏHSULDAR ARAŞDIRICISI"

Tiflis, Borçalı, Darvaz, TDPİ-nin Azərbaycan bölməsi, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Qazax təəsüratlarım

Qazax təəsüratlarım

Regionlar, Köşə yazılar
RUHUNUZ ŞAD OLSUN, RÜZGAR XANIM!...

RUHUNUZ ŞAD OLSUN, RÜZGAR XANIM!...

UNUTSAQ, UNUDULARIQ!...., Müşfiq Borçalı
RUHUNUZ ŞAD OLSUN, ŞƏHİDLƏRİMİZ!..

RUHUNUZ ŞAD OLSUN, ŞƏHİDLƏRİMİZ!..

UNUTSAQ, UNUDULARIQ!....
Professor Məhəd Sofiyev (1932-2013)

Professor Məhəd Sofiyev (1932-2013)

BDU, Qarayazı
XATIRLADIĞIM və bir kafedrada çalışdığım rusdilli Professor haqqında...

XATIRLADIĞIM və bir kafedrada çalışdığım rusdilli Professor haqqında...

AzTU, Avropa
246 SAYLI MƏKTƏB-LİSEYİN MÜƏLLİM VƏ ŞAGİRD HEYƏTİ İLƏ GÖRÜŞ

246 SAYLI MƏKTƏB-LİSEYİN MÜƏLLİM VƏ ŞAGİRD HEYƏTİ İLƏ GÖRÜŞ

Digər bölmələr, Məktəblər
Rəy yazın: