"Azpetrol" Masazırda yeni yanacaqdoldurma məntəqəsini açıb

"Azpetrol" Masazırda yeni yanacaqdoldurma məntəqəsini açıb"Azpetrol" Masazırda yeni yanacaqdoldurma məntəqəsini açıb "Azpetrol" Masazırda yeni yanacaqdoldurma məntəqəsini açıb 2017-ci il Mayın 6-da "Azpetrol" Şirkəti Abşeron rayonunun Masazır qəsəbəsində yeni yanacaqdoldurma məntəqəsini açıb.

Şirkətin Mətbuat Xidmətindən ZiM.Az-a verilən məlumata görə, bu, Azpetrolun sayca 87-ci yanacaqdoldurma məntəqəsidir.

Yeni məntəqənin açılışında Abşeron Şəhəri İcra Hakimiyyətinin nümayəndəsi və digər qonaqlar iştirak ediblər.

Məntəqənin açılışı zamanı "Azpetrol" Şirkətinin baş direktoru Ceyhun Məmmədov qeyd edib ki, yeni yanacaqdoldurna məntəqəsinin açılışı ümummilli lider Heydər Əliyevin doğum günü ərəfəsinə təsadüf etdiyindən xüsusilə əlamətdardır: "Bildiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycanda yeni iş yerlərinin yaradılmasını daim öz şəxsi nəzarəti altında saxlayır və bu prosesin sürətləndirilməsi üçün zəruri tədbirlərin görülməsi barədə göstərişlər verir. Ölkə başçısı eyni zamanda regionlarda yeni istehsalat və xidmət sahələrinin təşkili vasitəsilə dayanıqlı yeni iş yerlərinin yaradılmasının vacibliyini həmişə vurğulayır. Biz Prezidentin qərar və göstərişlərini əsas tutaraq, bu gün Masazır qəsəbəsində şirkətimizin yeni, sayca 87-ci yanacaqdoldurma məntəqəsini böyük təntənə və iftixar hissiylə istismara veririk. Onu xüsusi qeyd etmək istərdim ki, burada yeni məntəqənin istifadəyə verilməsi ilə 41 daimi iş yeri açılır ki, bu da bizim fəaliyyətimizin əsas istiqamətlərindən biridir.

Bu gün Masazır sakinlərinin və buraya gəlib-gedən qonaqların istifadəsinə verilən yeni yanacaqdoldurma məntəqəsi gördüyünüz kimi, orijinal və nəfis dizayna malikdir. Bu cür obyektlər qonaqları yüksək səviyyədə qəbul etməyə, onlara müasir xidmət göstərməyə geniş imkan yaradır. Bu, onu göstərir ki, indi Azərbaycanın bölgələri də ən müasir infrastrukturla təchiz edilir, regionlarda dünya standartları səviyyəsində obyektlər inşa olunur".

Baş direktor çıxışında onu da vurğulayıb ki, ümummilli liderin siyasi kursunu inamla davam etdirən Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi 14 ilə yaxın bir müddətdə iqtisadi strategiyanın prioritet istiqamətlərindən biri olan sahibkarlığın inkişafına daim önəm verib. Prezidentin qeyd etdiyi kimi: “Sahibkarlığın inkişafı Azərbaycanın ümumi inkişafının əsas şərtidir. Ona görə sahibkarlara maksimum sərbəstlik verilməlidir və verilir. Son vaxtlar qəbul edilmiş qərarlar, qanunlar, verilmiş sərəncamlar bu məqsədi güdür ki, sahibkarlara heç kim mane olmasın, süni əngəllər aradan götürülsün, sahibkarlar maksimum dərəcədə sərbəst, rahat şəraitdə işləsinlər, ölkəmizə vəsait qoysunlar, iş yerləri yaratsınlar və Azərbaycanda biznes mühiti daha da yaxşılaşsın".

Qeyd edək ki, "Azpetrol" Şirkəti bundan sonra da Bakı şəhərində yanacaqdoldurma məntəqələr şəbəkəsini genişləndirməyi planlaşdırır.
Şirkət iyulun 15-də Qaradağ rayonunda daha bir YDM-ni açacaq.

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Pirallahı rayonunda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və ...

Pirallahı rayonunda 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və ...

Bakı
İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleks ...

İlham Əliyev məcburi köçkünlər üçün salınmış “Qobu Park-2” yaşayış kompleks ...

Azərbaycan, Qarabağ
Mədəniyyət işçiləri Prezidentin siyasi kursunu dəstəkləyirlər

Mədəniyyət işçiləri Prezidentin siyasi kursunu dəstəkləyirlər

Azərbaycan
Biznes İnkubatorun fəaliyyəti və əhəmiyyəti

Biznes İnkubatorun fəaliyyəti və əhəmiyyəti

Regionlar, İqtisadiyyat
SOCAR neftçilərin mədəni və sağlam istirahətlərinin təşkilini daim diqqət m ...

SOCAR neftçilərin mədəni və sağlam istirahətlərinin təşkilini daim diqqət m ...

Sosial
AZƏRBAYCANDA SOSİAL PROBLEMLƏR UĞURLA HƏLL EDİLİR

AZƏRBAYCANDA SOSİAL PROBLEMLƏR UĞURLA HƏLL EDİLİR

"Şərqin səsi", Köşə yazılar
BSU-da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anma mərasimi ...

BSU-da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan anma mərasimi ...

BSU, "Elm və Təhsil"
AzTU-da ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

AzTU-da ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

AzTU
Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi

Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi

Regionlar, Köşə yazılar
Azərbaycanda energetikanın inkişafı

Azərbaycanda energetikanın inkişafı

Elm, AzTU
DÖVLƏTİN İQTİSADİ İNKİŞAF İSTİQAMƏTLƏRİ

DÖVLƏTİN İQTİSADİ İNKİŞAF İSTİQAMƏTLƏRİ

Regionlar, İqtisadiyyat
Rəyasət Heyətinin geniş iclasında akademik Ramiz Məmmədovun çıxışı

Rəyasət Heyətinin geniş iclasında akademik Ramiz Məmmədovun çıxışı

"Zirvə", Borçalı
Bakı-Tbilisi-Qars dəmir yolu xətti təkcə Azərbaycanın deyil, regionun həyat ...

Bakı-Tbilisi-Qars dəmir yolu xətti təkcə Azərbaycanın deyil, regionun həyat ...

Əsas xəbər, MEDİA
Prezident İlham Əliyev gənclərimizi daha vətənpərvər, sağlam, savadlı, işgü ...

Prezident İlham Əliyev gənclərimizi daha vətənpərvər, sağlam, savadlı, işgü ...

Azərbaycan, Gənclik
AMEA ilə Birləşmiş Krallığın “Millers Oils LTD” şirkəti arasında əməkdaşlıq ...

AMEA ilə Birləşmiş Krallığın “Millers Oils LTD” şirkəti arasında əməkdaşlıq ...

Elm
İşğaldan azad edilmiş ərazilər böyük potensiala malikdir

İşğaldan azad edilmiş ərazilər böyük potensiala malikdir

Regionlar, Köşə yazılar
İnsan hüquqlarının müdafiəsi Azərbaycanın dövlət siyasətinin əsas istiqamət ...

İnsan hüquqlarının müdafiəsi Azərbaycanın dövlət siyasətinin əsas istiqamət ...

Əsas xəbər, "Zirvə"
Mahirə Əsədova Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovla gör ...

Mahirə Əsədova Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədovla gör ...

Azərbaycan, Qarabağ, "Şərqin səsi"
ZIĞ QƏSƏBƏSİ SOSİAL-İQTİSADİ İNKİŞAFIN YENİ MƏRHƏLƏSİNDƏ...

ZIĞ QƏSƏBƏSİ SOSİAL-İQTİSADİ İNKİŞAFIN YENİ MƏRHƏLƏSİNDƏ...

Sosial
“Elm və təhsil İlham Əliyev siyasətinin prioritet istiqamətlərindən biri ki ...

“Elm və təhsil İlham Əliyev siyasətinin prioritet istiqamətlərindən biri ki ...

Digər bölmələr
Rəy yazın: